AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Dünya / Manşet / Bölgə / Şagird
06 avqust 2025
811

ADU-nun məzunu magistratura təhsilini Londonda davam etdirəcək

ADU-nun məzunu magistratura təhsilini Londonda davam etdirəcək.

Azərbaycan Dillər Universitetinin (ADU) məzunu Aysun Kərimova London Universitet Kollecində “Xüsusi və inklüziv təhsil” magistr proqramına qəbul olunub.

AzTehsil.com xəbər verir ki, ADU-dan  bildirilib ki, Aysun Kərimova təhsilini Azərbaycan Respublikası tərəfindən həyata keçirilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində davam etdirəcək.

2004-cü ildə Bakı şəhərində anadan olan Aysun Kərimova orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. Akademik göstəricilərinə görə məktəb rəhbərliyi tərəfindən təqdirnamə və təşəkkürnamə ilə təltif edilib.

Ali təhsilini Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə fərqlənmə diplomu ilə başa vuran Aysun Kərimova 610 bal nəticəsi və bu ixtisasa olan prioritet seçimi sayəsində Elm və Təhsil Nazirliyinin “Gələcəyin müəllimi” təqaüdünə layiq görülüb. Universitetdə təhsil aldığı müddətdə Böyük Britaniyanın Essex Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramına da qəbul alaraq təhsilini beynəlxalq standartlara uyğun şəkildə davam etdirib.

Pedaqoji fəaliyyətə birinci kursdan başlayan Aysun Kərimova ikinci kursda 120 saatlıq beynəlxalq TESOL sertifikatlaşdırma proqramını uğurla başa vurub və 98 bal ilə qrup üzrə ən yüksək nəticəni əldə edib. Daha sonra Kembric TKT imtahanlarının üç modulunu da müvəffəqiyyətlə tamamlayıb.

O, eyni zamanda, müəllimlik və inklüziv təhsil sahəsində yerli və beynəlxalq səviyyəli çoxsaylı təlim və seminarların iştirakçısı olub, müxtəlif intellektual yarış və olimpiadalarda fəal iştirak edib. 2023/2024-cü tədris ilinin qış semestrində 99.7 GPA ilə fakültə üzrə ən yüksək nəticəyə imza atıb və ADU-nun rektoru akademik Kamal Abdulla tərəfindən fəxri fərmanla təltif olunub.

İnklüziv təhsilin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyan Aysun Kərimova bu sahədə beynəlxalq təcrübə əldə etməyi hədəfləyir. O, London Universitet Kollecində qazanacağı bilik və bacarıqların gələcəkdə Azərbaycanda keyfiyyətli və hər kəs üçün əlçatan təhsilin formalaşmasında əhəmiyyətli rol oynayacağına inanır.

Aysun Kərimova uğurlarında əməyi olan valideynlərinə, müəllimlərinə və ADU rəhbərliyinə təşəkkürünü bildirib: “İlk növbədə, valideynlərimə – məni düzgün istiqamətləndirdikləri, təhsil yolunda hər zaman yanımda olduqları və bütün qərarlarıma sonsuz dəstək göstərdikləri üçün dərin minnətdarlığımı ifadə edirəm. Eyni zamanda, mənim üzərimdə böyük əməyi olan bütün məktəb və universitet müəllimlərimə, ADU-nun rəhbərliyinə, xüsusilə rektorumuz akademik Kamal Abdullaya verdiyi dəstəyə görə təşəkkür edirəm. Onların inamı və diqqəti bu uğura gedən yolun açılmasında mühüm rol oynayıb”.

Həmçinin oxuyun:
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Xaricdə doktorantura təhsili almaq istəyənlərdən bu sənəd tələb edilməyəcək

Xaricdə doktorantura təhsili almaq istəyənlərdən bu sənəd tələb edilməyəcək

Ən yaxşı ingilis dili kursları hansılardır?

Ən yaxşı ingilis dili kursları hansılardır?

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Birincilərin birincisi

Birincilərin birincisi

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU