AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Karyera / Dünya / Manşet / Bölgə / Şagird
23 iyul 2025
1 063

Bu məktəbin qızları uğura imza ATIB



 _14-20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində 5-ci Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2025) təşkil edilib. 61 ölkədən 227 nəfər məktəbli qız şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdi Rahidil Bayramlı və Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Ayan Kərimova bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdi Aytən İskəndərova isə həvəsləndirici mükafata layiq görülüb.


Məktəbliləri təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!


AzTehsil.com qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin həyata keçirilməsi ilə baş verəcək.