AzTehsil.com


Xəbərlər
03 sentyabr 2020
1 158


Azərbaycanlı məktəblilərin beynəlxalq olimpiadada uğurları



 

"Azercell”in dəstəyilə hazırlıq keçən məktəblilər bürünc medala layiq görülüblər.

Ölkədə təhsilin inkişafına qatqısını əsirgəməyən "Azercell Telekom”un yaxından dəstək göstərdiyi Azərbaycan məktəbliləri avqustun 14-21-də virtual formatda keçirilən Asiya Pasifik İnformatika Olimpiadasında (APIO) uğurla iştirak ediblər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bu nüfuzlu yarışmada bürünc medal qazanıblar. 

Qeyd edək ki, məktəblilərin İnformatika fənni üzrə beynəlxalq olimpiadaya hazırlığı bilavasitə "Azercell” şirkətinin iştirakı ilə baş tutub. M.Eynizadə və Ə.Hüseynov Asiya Pasifik İnformatika Olimpiadasına hazırlıq mərhələsində "Azercell”in dəstəyilə təşkil olunan məşğələlərə qatılıblar. 

Kompüter elmi sahəsində gənclər arasında ən nüfuzlu beynəlxalq yarışlardan hesab olunan APIO 2007-ci ildən etibarən keçirilir. Bu il yarışmada 33 ölkədən 200-dən çox şagird iştirak edib.

Beynəlxalq İnformatika Olimpiadası formatındakı müsabiqə bu dəfə onlayn olaraq İndoneziya hökuməti tərəfindən təşkil olunub. APIO yarışmasında Asiya və Sakit Okeanın qərb regionundan olan ölkələrin nümayəndələri iştirak edirlər.  

Daima gənclərin fərdi və elmi inkişafına yönələn təşəbbüsləri ilə fərqlənən "Azercell Telekom” neçə illərdir ki, digər nüfuzlu yarışma - Beynəlxalq İnformatika Olimpiadasına qatılan azərbaycanlı şagirdləri də dəstəkləyir. Ötən il Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında "Azercell” Rəqəmsal Sponsor qismində təmsil olunaraq iştirakçıları mobil internetlə təmin edib. Şirkət 2017-ci ildən etibarən Təhsil Nazirliyi ilə birgə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər üçün xüsusi təlimlər təşkil edərək, onlara elmi potensiallarını inkişaf etdirməsinə yardım göstərir. 

Qeyd edək ki, "Azercell” ölkədə gənc nəslin inkişafına, məktəbli və tələbələrin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılmasına, eləcə də ölkədə informasiya-kommunikasiya, kompüter mühəndisliyi istiqamətində kadrların yetişməsi işinə dəstəyini əsirgəmir. "Azercell” şirkəti informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onların dəstəklənməsi, ümumilikdə informasiya-texnologiyaları sahəsində təhsilin inkişafı ilə bağlı layihələr üzrə fəaliyyətini gələcəkdə də davam etdirəcək. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda beş milyon abunəçi "Azercell”i seçir.

Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, "Azercell” Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Mobil operator "Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.

"Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. "Azercell” ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.



Загрузка...
Həmçinin oxuyun: