"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru "Əməkdar jurnalist" fəxri adına layiq görülüb
AzTehsil.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Media nümayəndələrinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
Təltif olunanlar arasında "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Sarvan İbrahimov da var. O, "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Qeyd edək ki, Sarvan Bəhlul oğlu İbrahimov 15 dekabr 1969-cu ildə Masallı rayonunda anadan olub.
1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1996-2008-ci illərdə “Xalq qəzeti”ndə çalışıb.
2008-2019-cu illərdə “Azərbaycan müəllimi” qəzetində baş redaktorun müavini vəzifəsində çalışıb.
2019-cu ildən “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru vəzifəsində çalışır.
2012 və 2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olub.
2023-cü ildə “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
2023-cü ildə Milli Mətbuat Günü münasibətilə Elm və Təhsil Nazirliyinin “Fəxri Fərman”ına layiq görülüb.