AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə / Şagird / Sual
16 iyul 2025
1 448

Nöqsanlı direktorlar niyə vəzifəyə qaytarılır?



Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə bildirib ki, məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub.


AzTehsil.com xəbər verir ki, məsələ ilə bağlı təhsil sahəsi üzrə tədqiqatçı Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, işdən çıxarılan məktəb direktorlarının yenidən vəzifəyə qaytarılması məsələsi cəmiyyətdə haqlı suallar doğurur.


“Əgər bir direktor vəzifəsindən uzaqlaşdırılıbsa, bu o deməkdir ki, ya onun əmək müqaviləsinə xitam verilib, ya da fəaliyyəti zamanı ciddi nöqsanlara yol verib. İşdən çıxarılan direktorların 20 faizi - hər beş işdən çıxarılan direktordan biri yenidən vəzifəyə qaytarılırsa, bu artıq ciddi problemdir. Bu, bizim təhsil sistemində kadr ehtiyatı, liderlik potensialı, metodoloji və idarəçilik bacarıqları baxımından ciddi çatışmazlıq olduğuna eyham vurur, nöqsanları göstərir”, - Elmin Nuri bildirib.


Onun sözlərinə görə, ölkədə kifayət qədər gənc müəllim var ki, onlar direktor vəzifəsinə gətirilə bilər:


“Bunu bir kənara qoysaq belə, məktəb direktorlarının işə qəbul müsabiqəsində iştirak edən, test, esse və müsahibə mərhələlərində yüksək nəticə göstərən, hazırda namizəd statusunda olan və bu sahəyə həvəs göstərən kifayət qədər mütəxəssis var. Onlar qala-qala fəaliyyəti zamanı nöqsanlara yol vermiş direktorları yenidən vəzifəyə qaytarmaq heç cür doğru sayıla bilməz”.


Tədqiqatçı hesab edir ki, hazırda gözləmə mövqeyində olan namizədlərlə ayrıca görüşlər keçirilməli, onların yaradıcı yanaşması, idarəçilik baxışları öyrənilməli, bundan sonra qərar verilməlidir:


“Bugünlərdə elə müəllimlər var ki, məktəb rəhbərliyi üçün hazır kadrdır. Onlar olduğu halda, niyə fəaliyyətində nöqsan olan şəxslərdən yapışırıq? Bu, təhsilin keyfiyyətinə də, cəmiyyətin gözləntilərinə də ziddir”-deyə Elmin Nuri bildirib. 



Həmçinin oxuyun:
Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Universitetlərdə YENİ QAYDALAR

Universitetlərdə YENİ QAYDALAR