Sentyabrda Peşəkar Mühasib Sertifikatı imtahanı OLACAQ
AzTehsil.com xəbər verir ki, Sentyabrda Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanı elektron formada olacaq. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, daha sonra rezidentura, Azərbaycan dili və magistratura imtahanlarının da mərhələli şəkildə rəqəmsallaşdırılması nəzərdə tutulur.