Xəbərlər / Şagird
05 iyun 2020
4 646


Buraxılış imtahanları başlayır

Buraxılış imtahanları başlayır

 

İmtahanlar xüsusi sosial izolyasiya qaydalarına uyğun təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyələri üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır. İlk imtahanlar iyun ayının 10-11-də təşkil ediləcək. 

Qaydalar şəraitə uyğun dəyişdi

Koronovirus pandemiyası ilə əlaqədar olaraq təhsil prosesində yaranan fasilə qəbul qaydalarına dəyişikliyi zərurətə çevirib. Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli qərarı ilə IX sinif buraxılış imtahanı qaydaları,  IX və XI sinif təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və  ali təhsil müəssisələrinə qəbul qaydalarında müvəqqəti dəyişikliklər edilib."Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş və 2020-ci il oktyabrın 1-dək qüvvədə olan həmin dəyişikliklərə əsasən, şagirdlər bir mərhələdə - imtahanın ikinci mərhələsinin modeli əsasında imtahan verəcəklər. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim ediləcək. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.

Qeyd edək ki, Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində keçirilən, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verənlər üçün keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahanın müddəti 45 dəqiqə olacaq.

İmtahanların təşkilində də Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınacaq. Belə ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanlar xüsusi sosial izolyasiya qaydalarına uyğun təşkil ediləcək.

İmtahan binalarına gəlincə, hər bir məzun təhsil aldığı məktəbin yerləşdiyi rayon, şəhər, hətta kənddə imtahan verəcək. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, imtahanlar böyük kəndlərin məktəbində keçiriləcək: "Elə kənd məktəbləri var ki, onlar modul tiplidir, müasir binaları var. Belə məktəblərdə imtahan keçirə bilərik. Ancaq az sayda şagirdi olan məktəbdə imtahan keçirə bilməyəcəyik”.

Kimin harda imtahan verəcəyi barədə məlumat isə imtahan verənlərin şəxsi kabinetlərinə yerləşdiriləcək. Hər gün ən azı, 4 növ imtahan kitabçası məzunlara təqdim ediləcək. Hər imtahan zalına bir nəzarətçi, hər 100 nəfərə bir imtahan rəhbəri ayrılacaq. M.Abbaszadə deyib ki, həmin şəxslərə müxtəlif təlimlər keçirilib və onlar artıq imtahanlara hazırdırlar.

İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək. Girişdə bütün imtahan iştirakçılarının hərarəti yoxlanılacaq. Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verəcəyi nəzərdə tutulub. Bütün imtahan iştirakçılarından tibbi maska taxmaları tələb ediləcək. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, tələblərdən biri də bəyannamədir: "İmtahanlara gələnlər ailə üzvləri arasında son 15 gün ərzində koronavirusun olmaması barədə bəyannamə imzalamalıdırlar. Hərarəti olanlar imtahan binasına buraxılmayacaqlar. Belə şəxslərlə imtahan binalarındakı həkimlər məşğul olacaq. İmtahanlara hazırlıq çox mürəkkəb prosesdir. İndiyədək 1500-dən çox məktəb binasına baxış keçirilib. Binaların sanitar-gigiyenik tələblərə hazırlığı çox vacib məsələdir və biz ilk növbədə buna diqqət edirik”.

Bu imtahanda iştirak edə bilməyənlər sentyabrda yenidən imtahan verə biləcəklər, amma...

Bəs, ailəsində koronavirusa yoluxan şəxs olan məzunların taleyi necə olacaq? M.Abbaszadə bu məsələyə də aydınlıq gətirərək deyib ki, ailəsində koronavirusa yoluxan şəxs olanlar bu ay ərzində keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcəklər. Ancaq ali məktəblərə qəbul olmaq istəyənlər mütləq şəkildə iyunda keçiriləcək buraxılış imtahanlarında iştirak etməlidirlər: "Onlar bu imtahanı verməlidir ki, ali məktəblərə qəbul müsabiqəsində iştirak edə bilsinlər. Ali məktəbə qəbul olmaq istəməyənlər isə sentyabrda da imtahan verərək attestat ala biləcəklər. Belə hal ilk dəfə baş vermir. Əvvəlki illərdə də suçiçəyi, qızılca kimi xəstəliyi olanlar imtahanlara buraxılmayıblar. Çünki imtahan kütləvi prosesdir. Biz insanların təhlükəsizliyini qorumalıyıq. Bu, daha vacibdir”.

M.Abbaszadə onu da deyib ki, pandemiya şəraitində imtahanların keçirilməsi iştirakçıları diqqətin  başqa nəzarət tədbirlərindən yayınacağı düşüncəsinə salmamalı, hər kəs imtahan qaydalarına ciddi əməl etməlidir: "Abituriyentlər elə fikirləşməsinlər ki, maskada gəlirlər deyə telefonu binaya keçirə biləcəklər. Bu, mümkün olmayacaq. Yarım saatdan bir binaya 40 nəfər dəvət ediləcək. Binaya buraxılış vərəqəsində yazılan vaxtda yaxınlaşmaq lazımdır. Biz istəmirik ki, binaların qarşısında insanlar toplaşsınlar”.

Şəxsiyyət vəsiqəsi itərsə...

Sadəcə yoluxucu xəstəlik şübhəsi deyil, şəxsiyyəti təsdiq edən sənədin itirilməsi də buraxılış imtahanlarında  iştirakı sual altında qoyur. Odur ki, imtahanlara hazırlaşanların diqqət etməli olduğu önəmli məsələlərdən biri məhz budur. DİM imtahandan öncə şəxsiyyəti təsdiq edən sənədini itirənlərin nəzərinə çatdırır ki, imtahana qədər sənəd mütləq yenilənməlidir. Əldə edilən yeni sənəd yenidən qeydiyyat tələb edir. Belə ki, iştirakçı imtahandan öncə şəxsi kabinetinə daxil olaraq "Sənədim yenilənib” bölməsini seçərək yeni şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməlidir. Məlumat yeniləndikdən sonra buraxılış vərəqəsini çap etməlidir.

Yoluxucu xəstəlik şübhəsi yoxdursa, sənədləri də qaydasındadırsa, deməli, şagird imtahana hazırdır.

Tapşırıqların fənlər üzrə və sayında dəyişiklik yoxdur

Şagirdlərin imtahan verəcəyi fənlərin siyahısına gəlincə, tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən buraxılış imtahanları 2020-ci ildə də 2019-cu ildə olduğu kimi Azərbaycan (rus, gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. İmtahanda şagirdlərə təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik yoxdur. İmtahanda şagirdlərə ötən il olduğu kimi, Azərbaycan (rus, gürcü) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Lakin cari ildə keçiriləcək buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılıb. Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus, gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə 7-dən 4-ə azaldılmaqla ümumilikdə 24-dən 12-yə endirilib.

"Azərbaycan dili” imtahanı

Qeyri Azərbaycan bölməsinin IX və XI sinif şagirdləri "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində "Azərbaycan dili” (dövlət dili kimi) fənnindən imtahan verirlər. İmtahan 2019-cu il "Azərbaycan dili” (dövlət dili kimi) imtahanı modelinə uyğun olaraq keçirilir və imtahanda şagirdlərə fənn kurikulumu əsasında hazırlanmış 30 qapalı tipli tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 45 dəqiqə vaxt ayrılır.  Bu vaxt ərzində XI sinifdən məzun olanlar Azərbaycan (rus, gürcü) dili üzrə imtahanda dil qaydalarına dair 10 qapalı tipli tapşırıq yerinə yetirəcək. Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) veriləcək. Hər mətnə aid 10 tapşırıqdan (cəmi 20 tapşırıq) 8-i qapalı tiplidir. Məzunlar yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli cəmi 2 tapşırıq yerinə yetirəcəklər.

Riyaziyyat fənni üzrə qapalı tipli 13 tapşırıq veriləcək. Məzunlar cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8, həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırığı həll etməli olacaqlar.

Xarici dildən dinləyib-anlamaya dair  mətn (publisistik və ya dialoq formalı)  və mətnə aid 6 tapşırıq veriləcək. XI sinifdən məzun olmaq istəyən imtahan iştirakçıları qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırığı yerinə yetirməlidirlər.

Qapalı tipli 16 tapşırıqdan 8-i oxuyub-anlamaya dair  mətn və mətnə aid tapşırıqlar olacaq. Qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq şagirdlərin ingilis dilində biliyini müəyyənləşdirməyə imkan verəcək.

Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılacaq.
Buraxılış imtahanları ilə bağlı dəyişikliklər qüvvəyə minməzdən əvvəl ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər. Həmin şagirdlərin hər bir fənn üzrə əldə etdikləri nəticələri 100 ballıq şkalaya keçirilərək onların imtahan nəticələri səhifəsinə yerləşdirilib. Şagirdlərin 100 ballıq şkalaya uyğun balları onların təhsil sənədinə yazılır. Yeni şkalaya uyğun qiymətindən narazı olan şagirdlər üçün sentyabr ayında imtahan (buraxılış imtahanının ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. Bu kateqoriyadan olan şagirdlər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizə verdikləri təqdirdə müsabiqədə iştirak edə bilmək üçün bir mərhələli imtahanda (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) iştirak etməlidirlər.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Buraxılış imtahanında ballar belə hesablanacaq

Buraxılış imtahanında ballar belə hesablanacaq

11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası haqqında məlumat

11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası haqqında məlumat

Qeyri-Azərbaycan bölməsinin şagirdləri “Azərbaycan dili” fənnindən imtahanı 2019-cu il modelinə uyğun verəcəklər

Qeyri-Azərbaycan bölməsinin şagirdləri “Azərbaycan dili” fənnindən imtahanı 2019-cu il modelinə uyğun verəcəklər

IX sinif şagirdlərinin nəticələri 100 ballıq şkalaya keçirildi

IX sinif şagirdlərinin nəticələri 100 ballıq şkalaya keçirildi

Buraxılış imtahanları ilə bağlı yenilik - DİM-dən AÇIQLAMA

Buraxılış imtahanları ilə bağlı yenilik - DİM-dən AÇIQLAMA

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

DİM Ümumi təhsil bazasından kolleclərə tələbə qəbulu elan edib

DİM Ümumi təhsil bazasından kolleclərə tələbə qəbulu elan edib

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

Buraxılış imtahanlarında yeni qaydalar

Buraxılış imtahanlarında yeni qaydalar

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

9-cu sinif buraxılış imtahanları bir mərhələdə keçiriləcək

9-cu sinif buraxılış imtahanları bir mərhələdə keçiriləcək

Buraxılış imtahanlarında xarici dilin seçimi ilə bağlı qaranlıq məqamlar

Buraxılış imtahanlarında xarici dilin seçimi ilə bağlı qaranlıq məqamlar

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

İmtahanın nəticələri açıqlandı

İmtahanın nəticələri açıqlandı

Buraxılış imtahanlarında balların hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Buraxılış imtahanlarında balların hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

İki və ya daha çox xarici dil tədris olunan məktəblərin şagirdləri buraxılış imtahanını hansı fəndən verəcəklər?

İki və ya daha çox xarici dil tədris olunan məktəblərin şagirdləri buraxılış imtahanını hansı fəndən verəcəklər?

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq