AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
10 iyul 2025
1 163

Magistraturanı bitirənlər bu qədər maaş alacaq



Artıq  magistratura səviyyəsi üzrə ixtisas seçimi mərhələsinə start verilib. Maraqlıdır, namizədlər seçim zamanı nələrə daha çox diqqət yetirməlidirlər? Hansı ixtisaslar hazırda daha perspektivli hesab olunur?

Ümumiyyətlə, magistratura ixtisasları arasında ən gəlirli sahə hansıdır və həmin ixtisası seçən məzun gələcəkdə nə qədər qazanc əldə edə bilər?AzTehsil.com xəbər verir ki, azEdu.az mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu ilə həmsöhbət olub. 


Onun sözlərinə görə, tələbə təhsil almaq istədiyi universitetin imkanlarına, elmi rəhbərlərin səviyyəsinə, xarici təcrübə imkanlarına, beynəlxalq əlaqələrə, tədqiqat mühitinə və universitetin beynəlxalq reytinq cədvəlində yerinə diqqət yetirməlidir:


"Magistratura ixtisas seçimi, deyərdim ki, gələcək karyeranı müəyyənləşdirən ən vacib ixtisaslaşma mərhələsidir. Magistraturada bakalavr ixtisas seçimindən fərqliliklər var.

Belə ki, tələbə bakalavr təhsilinə uyğun seçim etməlidir magistraturada. Yəni tələbə magistraturada ixtisaslaşa bilər".


"Magistraturada ixtisas seçimi zaman ixtisasın adına görə deyil, şəxsi maraq və bacarıqlar əsasında aparılmalıdır", deyə müsahibimiz qeyd edib:

"Ümumiyyətlə, ixtisaslaşma zamanı həmin sahənin iş potensialı araşdırılmalıdır. Əmək bazarında həmin ixtisasın yeri müəyyən edilməlidir. Və işəgötürənlərin hansı sahələrə üstünlük verdiyini analiz etmək də vacib məsələdir.

Bundan əlavə olaraq, universitetlərin imkanları da diqqət mərkəzində olmalıdır. Tələbə təhsil almaq istədiyi universitetin imkanlarına, elmi rəhbərlərin səviyyəsinə, xarici təcrübə imkanlarına, beynəlxalq əlaqələrə, tədqiqat mühitinə və universitetin beynəlxalq reytinq cədvəlində yerinə diqqət yetirməlidir.


"Magistratura üzrə daha prestijli ixtisaslara İT, tibb və maliyyəni, hətta müəllimliyi də daxil etmək olar.

Data analitikası və süni intellekt ixtisasını bitirənlər ölkə daxilində rahat şəkildə 1500–3000 AZN gəlir əldə edə bilirlər. Təcrübə artdıqca 5000 AZN-dən də yüksək gəlir əldə edə bilərlər.

Və ya maliyyə ixtisasını bitirənlər Azərbaycanda 1000–2000 AZN gəlir əldə edə bilərlər. Yenə də təcrübə artdıqca bu rəqəm 4000 AZN-ə qədər yüksələ bilər.

İT və proqramlaşdırma sahəsində isə təcrübəyə görə 1500–6000+ AZN maaşla işləmək mümkündür.

Kibertəhlükəsizlik ixtisasında əmək haqqı təcrübəyə əsasən 1500–5000 AZN-dən yuxarı ola bilər.


Ümumilikdə, İT istiqaməti daha çox populyarlıq qazanıb".

 



Həmçinin oxuyun:
Pedaqoji Lüğət

Pedaqoji Lüğət

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Yeni qrup yaradılacaq

Yeni qrup yaradılacaq

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Magistraturaya proqram seçimi başladı - Qaydalar

Magistraturaya proqram seçimi başladı - Qaydalar

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Bakalavrların magistr pilləsində ixtisas “xəyanət”i: “Dörd ildə nə baş verdi ki?”

Bakalavrların magistr pilləsində ixtisas “xəyanət”i: “Dörd ildə nə baş verdi ki?”

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək