AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
07 iyul 2025
1 259

Prezidentin yeni təyin etdiyi rektor kimdir?



Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna yeni rektor təyin edilib.


Sərəncama əsasən, Nazim Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsinə təyinat alıb.


AzTehsil.com  yeni rektorun dosyesini təqdim edir:


Nazim Adil oğlu Pənahov 6 dekabr 1971-ci ildə anadan olub. 1978–1988-ci illərdə Bakı şəhəri 31 saylı orta məktəbdə oxuyub və 1988-ci ildə oranı "Qızıl medal" ilə bitirib.


Həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olub, oxuduğu müddətdə N.Nərimanov adına təqaüd alıb, 1993-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə qurtarıb.


1993–1995-ci illərdə ATU-nun Ortopedik stomatologiya kafedrasında klinik ordinator, 1996–1999-cu illərdə aspirant, 2000–2008-ci illərdə assistent, 2008–2016-cı illərdə dosent vəzifələrində çalışıb. 2017-ci ildən kafedranın professoru və Ortopedik stomatologiya kafedrasının müdiridir.


2003-cü ildə "Diş-çənə anomaliyaları zamanı parodont xəstəliklərinin ortopedik müalicəsi" mövzusunda dissertasiya işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.


2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adını qazanıb.


2014-cü ildə "Azərbaycan Respublikasında yeniyetmələr arasında diş-çənə anomaliyalarının və deformasiyalarının epidemiologiyası, ortodontik və ortopedik yardıma ehtiyacın öyrənilməsi, kompleks müalicə və profilaktika tədbirlərinin əsaslandırılması" mövzusunda dissertasiya işini müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə yiyələnib.


2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb.


Azərbaycan Peşəkar Ortoped Stomatoloqlar İctimai Birliyinin həmtəsisçisi və İdarə heyətinin üzvüdür.


Dövlət İmtahan Mərkəzinin "Ortopedik stomatologiya" ixtisası üzrə eksperti, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının" üzvüdür.


Səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə Səhiyyə Nazirliyinin baş stomatoloqu təyin edilib.


2023-cü ilin yanvar ayından Belarus Respublikasında dərc olunan beynəlxalq "Стоматология. Эстетика. Инновации" jurnalının baş redaktorudur.


Çap olunmuş 200-dən artıq elmi işin, o cümlədən Azərbaycan, ingilis və rus dillərində 11 dərslik, 1 dərs vəsaiti, 1 tədris-metodik vəsait, 3 səmərələşdirici təklifin müəllifidir. Rəhbərliyi altında 8 nəfər tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib.


Azərbaycan Prezidentinin 09 aprel 2021-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülüb.


07 noyabr 2016-cı ildən 11 oktyabr 2024-cü ilədək Azərbaycan Tibb Universitetinin Elmi katibi vəzifəsində çalışıb.


Səhiyyə nazirinin 12 oktyabr 2024-cü il tarixli əmri ilə Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.





Həmçinin oxuyun:
Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Biz sizinlə fəxr edirik

Biz sizinlə fəxr edirik

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

Birincilərin birincisi

Birincilərin birincisi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir

Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Həyatının uğur salnaməsini yazan gənclər

Həyatının uğur salnaməsini yazan gənclər

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Prezident İlham Əliyevin doğum günüdür

Prezident İlham Əliyevin doğum günüdür

Nazim Abbasovun doğum günüdür

Nazim Abbasovun doğum günüdür

"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“

"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Bu gün Prezidentin 60 yaşı tamam olur - VİDEO

Bu gün Prezidentin 60 yaşı tamam olur - VİDEO

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"