AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
02 iyul 2025
1 787

DİM-in bölmə rəhbərinin səhvinə görə abituriyent imtahandan KƏNARDA QALIB



Xaçmazda QALMAQAL – DİM-in bölmə rəhbərinin səhvinə görə abituriyent imtahandan KƏNARDA QALIB.


AzTehsil.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi ikinci şans imtahanında iştirak etmək istəyən abituriyent ciddi problemlə qarşılaşıb. Söhbət Xaçmaz rayonunun Hacıqazma kənd sakini Aytən Ələddin qızı Talıbovadan gedir.


Valideynin iddiasına görə, bütün prosedurlar düzgün yerinə yetirilsə də, DİM-in səhlənkarlığı nəticəsində abituriyent buraxılış vərəqəsi ala bilməyib və imtahanda iştirak hüququndan məhrum edilib.


Məsələ ilə bağlı bizim.media.аz-a abituriyentin atası Ələddin Talıbov müraciət edərək yaşadıqları çətinliyi bölüşüb. Onun sözlərinə görə, qızının ikinci qəbul imtahanına qeydiyyatı üçün DİM-in Xaçmaz Regional bölməsinə müraciət edib və bu proses üçün kömək istəyib. Regional bölmənin müdiri Faiq Nadirsoy vətəndaşın özünə yaxınlaşaraq “gəlin, sizi mən yola salım” deyib:


“Faiq müəllim mənə kod verdi və “poçt şöbəsinə ödəniş edib, sonra yaxınlaşın” dedi. Mən də ödənişi edib qəbzi ona təqdim etdim. Dedi ki, qəbzə ehtiyac yoxdur, sistemdə görünür. Bir vərəqə çıxarıb verdi və qeydiyyatın aparıldığını bildirdi. Biz də evə qayıtdıq və gözlədik. Ötən gün qızım şəxsi kabinetinə daxil olanda orada heç bir məlumat yox idi”.


Valideyn vəziyyəti aydınlaşdırmaq üçün yenidən DİM-in Xaçmaz bölməsinə üz tutub. Lakin bu dəfə ona verilən cavab, sözün əsl mənasında, şok effekti yaradıb. Qızının sitemdə adının olmadığını deyən DİM rəsmisi ona köhnə vərəqə verdiyini də etiraf edib:


“Deyirəm ona ki, bu vərəqi siz vermisiz mənə... Deyir, ola bilsin ki, səhv vermişəm. Anlamıram, bir nəfərin səhvi ucbatından qızımın taleyi heçə sayılmalıdır? Üstəlik deyir ki, bizim borcumuz deyil, özünüz qeydiyyatdan keçirməliydiz. Mənim övladım bir aydı əlavə hazırlıqlara gedirdi.


Birinci imtahanda 307 bal toplayıb, ikinci şansında da yararlanmaq istəyirdi. Ayın 6-sı imtahandı və qızım o sınaqda iştirak hüququndan məhrum olub. Axı mən bu işi onun göstərişi ilə etdim. İndi buna kim cavabdehdir?- deyə Ələddin Talıbov gileylənib.


Ələddin Talıbov qeyd edir ki, qızı ilk qəbul imtahanında 307 bal toplayıb və ikinci şans imtahanında daha yüksək nəticə əldə etmək üçün bir aydır əlavə hazırlıqlara qatılıb. Lakin qeydiyyat sisteminə düşmədiyi üçün 6 iyulda keçiriləcək imtahanda iştirak hüququnu itirib:


Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən bizim.media.аz-a bildirilib ki, vətəndaşın müraciəti araşdırılması üçün müvafiq şöbəyə yönləndirilib.





Həmçinin oxuyun:
Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Prezident bir qrup təhsil işçisini təltif etdi - SİYAHI

Prezident bir qrup təhsil işçisini təltif etdi - SİYAHI

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

Mühasibatlıq savadlılığı nədir və əsaslarını necə mənimsəyə bilərik

Mühasibatlıq savadlılığı nədir və əsaslarını necə mənimsəyə bilərik

Direktor müavinindən - NAZİRƏ ŞİKAYƏT

Direktor müavinindən - NAZİRƏ ŞİKAYƏT

Dünyada repetitorluq trendi: Hansı ölkələrdə daha çox yayılıb?

Dünyada repetitorluq trendi: Hansı ölkələrdə daha çox yayılıb?

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

“İnnovativ məktəb direktorları” layihəsi direktorların müraciətinə açıq elan edilir!

“İnnovativ məktəb direktorları” layihəsi direktorların müraciətinə açıq elan edilir!

Prezident bu il yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə təqaüd ayırıb - SİYAHI

Prezident bu il yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə təqaüd ayırıb - SİYAHI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Məktəblilərdən prezidentə məktub

Məktəblilərdən prezidentə məktub

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Hansı hallarda valideynin valideynlik hüququ ƏLİNDƏN ALINA BİLƏR?

Hansı hallarda valideynin valideynlik hüququ ƏLİNDƏN ALINA BİLƏR?

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb