68 yaşlı müəllim sertifikasiyadan yüksək bal toplayıb
AzTehsil.com- n əldə etdiyi məlumata görə, 68 yaşlı müəllim də sertifikatsiyadan yüksək bal toplayıb.Lerik rayon Elxan Qurbanov adına Lərmərud kənd tam orta məktəbinin riyaziyyat müəllimi Əfrəddin Abdullayev də sertifikasiya imtahanında yaşına görə yüksək bal toplayıb.68 yaşlı Əfrəddin Abdullayev sertifikasiya imtahanından 60 bal uzərindən 56 bal yığıb.Sertifikasiyaya könüllü qatılan Əfrəddin müəllimin maaşındakı artım 35 faiz təşkil edəcək.