AzTehsil.com

Xəbərlər / Ziyalılar / Müəllim / Digər Elan
23 mart 2025
383

Görkəmli tarix müəllimi vəfat edib



Böyük kədər və dərin hüznlə bildiririk ki, görkəmli tarix müəllimi, yüksək peşəkarlığı, nümunəvi pedaqoji fəaliyyəti və insanlığı ilə seçilən Elxan Abbas 21 mart 2025-ci il tarixində haqq dünyasına qovuşmuşdur.

AzTehsil.com xəbər verir ki, Elxan Abbas 1963-cü il 26 dekabr tarixində Xocavənd rayonunun Salakətin kəndində anadan olmuşdur. Uşaqlıq illərindən elmə və biliyə maraq göstərən Elxan müəllim 8 yaşında, məhlədə yol çəkənlərin qaya və dağları partlatmaq üçün istifadə etdiyi sistemin bir hissəsi olan detonator başlığını içində saqqız və ya konfet olduğunu zənn edərək evdə qazın üstünə tutmuş və partlayış baş vermişdir. Bu faciəli hadisə nəticəsində gözlərini itirmiş, ömrünün sonuna qədər tam görmə məhdudiyyətli olmuş və I qrup gözdən əlil kimi yaşamışdır.Görmə qabiliyyətini itirdikdən sonra, məktəb təhsilini gözdən əlillər üçün nəzərdə tutulmuş, Bakıda yerləşən 5 Nömrəli Respublika Xüsusi Internat Məktəbində davam etdirmişdir. Bu çətin şəraitə baxmayaraq, o, əzmkarlığı və güclü iradəsi ilə həmişə fərqlənmiş, bir çoxlarına nümunə olmuşdur. Daha sonra Bakı Dövlət Universitetində Tarixçi, Tarix və İctimaiyyət Elmləri üzrə müəllim ixtisası üzrə Ali Bakalavr Təhsilini (5 illik; magistratura ekvivalenti) fərqlənmə diplomu ilə başa vuraraq 1987-ci ildə məzun olmuşdur.


Elxan Abbas ömrünü gənc nəslin maariflənməsinə, onların bilikli və vətənpərvər vətəndaşlar kimi yetişməsinə həsr etmiş, uzun illər Azərbaycan təhsilinə misilsiz töhfələr vermişdir. Burada xüsusilə qeyd etmək lazımdır ki, Elxan Abbas Füzuli və Yardımlı rayonlarında işlədiyi dövrdə Bakıdan həmin bölgələrə tək gedir, orada tək yaşayırdı. Ayda 2 dəfə Bakıya qayıdaraq ailəsini ziyarət edirdi. Bu illər ərzində çox ağır, fədakarlıq dolu həyat tərzi keçirirdi, lakin bütün çətinliklərə baxmayaraq, öz missiyasını sevə-sevə davam etdirirdi. Şagirdlərinə yalnız sinif daxilində deyil, həm də tam təmənnasız şəkildə əlavə dərslər keçərək DİM tələbə qəbulu imtahanlarına və Respublika Fənn Olimpiadalarına (RFO) hazırlayırdı. Onun yetirmələri yüksək ballar toplayır, uğurlar qazanırdılar. Ən son yetirmələrindən İlqar Aslanov, RFO-da bürünc medal qazanaraq müəlliminin əməyini və fədakarlığını bir daha sübut etmişdir. Müəllimlik fəaliyyətində də öyrətmək və paylaşmaq ən böyük amalına çevrilmişdi. Yardımlı və Füzuli rayonlarında çalışdığı illərdə məktəblilər üçün Xəmsə MİO kimi bilik yarışları təşkil etmiş, öz hesabına qaliblərə mükafatlar təqdim etmişdir. O, daim gəncləri elmə həvəsləndirən, onların uğurlarına sevinc və qürurla yanaşan bir pedaqoq olmuşdur. O, pedaqoji sahədə qazandığı bu uğurlarına görə AR Təhsil Naziri tərəfindən "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, Fəxri Fərman və digər mükafatlarla təltif olunmuşdur. Elxan Abbasın şagirdləri onu sadəcə tarix müəllimi kimi deyil, həm də "həyat müəllimi", "elm dəryası", "sonsuz bilik qaynağı" kimi xatırlayırdılar. Hətta onlar deyirdilər ki, hər hansı bir mübahisəli məlumatı Google-da axtarmamışdan əvvəl, birbaşa Elxan müəllimə zəng edib soruşardılar. Çünki onun cavabı daha əhatəli, dolğun və etibarlı olardı. Onun bilik və təcrübəsi yüzlərlə şagirdin gələcəyini formalaşdırmış, onların elmə, tarixə və maarifə bağlılığını artırmışdır.

"Yaxşılıq etmək imkanı varkən etməmək – pislik etmək deməkdir."

Peşəkar fəaliyyətindən başqa, Elxan Abbas böyük insanlığı, xeyirxahlığı və dəyərləri ilə də tanınırdı. O, ailəsinin dayağı, dostlarının sadiq sirdaşı və cəmiyyətin dəyərli ziyalısı idi. Onun vəfatı ailəsi, dostları, həmkarları və yetirmələri üçün böyük bir itkidir.Elxan Abbas yalnız pedaqoq deyil, həm də Vətənini ürəkdən sevən bir ziyalı idi. O, gənc yaşlarından – 1987–1991-ci illərdə Azadlıq Hərəkatının aktiv iştirakçılarından biri olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan şəxslərdən biri kimi tanınmışdır.

Elxan Abbas həm də gözəl ailə başçısı idi. O, ailəsinə daim sevgi və qayğı ilə yanaşan, övladlarına doğru yol göstərən nümunəvi ata olmuşdur. Dörd övlad atası idi (1 oğul və 3 qız). Həyat yoldaşı İntizar xanım Məmmədova evdar qadındır. Övladları onun qoyduğu mənəvi və elmi irsi layiqincə davam etdirirlər:

Oğlu Gursel Abbas hazırda ABŞ-nin dünyaca məşhur Viskonsin-Medison Universitetində kimya mühəndisliyi üzrə tam təqaüdlə doktorantura təhsili alır.

Böyük qızı Selcan Abbas ərəb dili üzrə tərcüməçidir və hazırda Hyundai Azərbaycan şirkətində çalışırdı.

Ortancıl qızı Taclı Abbas Azərbaycan Dillər Universitetində fransız dili üzrə təhsil alır.

Kiçik qızı Qumral Abbas isə Qarabağ Universitetində hüquq üzrə təhsilini davam etdirir.Elxan Abbas hər zaman övladlarını və şagirdlərini bu aforizmin fəlsəfəsində böyüdüb, özü də 62 illik ömrünü bu prinsipə əsaslanaraq yaşayıb:

"Yaxşılıq etmək imkanı varkən etməmək – pislik etmək deməkdir."


Onu sevgi, hörmət və ehtiramla yad edirik.

Allah rəhmət eləsin, ruhu şad olsun!



Həmçinin oxuyun:
Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat- Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

“Görmə məhdudiyyətli uşaqlar həssas olduqlarından dərsi daha yaxşı mənimsəyirlər”– İnternat məktəbindən REPORTAJ

“Görmə məhdudiyyətli uşaqlar həssas olduqlarından dərsi daha yaxşı mənimsəyirlər”– İnternat məktəbindən REPORTAJ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Dünyanın 15 ən maraqlı yeri... - FOTOLAR

Dünyanın 15 ən maraqlı yeri... - FOTOLAR

Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur.

Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur.

Saqqızın faydaları və zərərləri hansılardır

Saqqızın faydaları və zərərləri hansılardır

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Metodbirləşmələr

Metodbirləşmələr

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi