2 213 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2 213 məzunu tam orta təhsil səviyyəsi üzrə məktəbi fərqlənmə attestatı ilə bitirib.
AzTehsil.com xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Qeyd edək ki, tam orta təhsil haqqında fərqlənmə attestatı tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.
Onu da qeyd edək ki, məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.