Ötən il məktəblərdə müəllim sayı 146 min 400 nəfər olub
2024-2025-ci illərdə ümumi təhsil müəssisələrində 146 min 400 nəfər müəllim fəaliyyət göstərib.
AzTehsil.com xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı qısa məcmuəsində əks olunub.
Məlumatlara əsasən, 142,6 min müəllim dövlət müəssisələrində, 3,8 min müəllim isə qeyri-dövlət müəssisələrində çalışıb.2024-2025-ci illərdə ümumi təhsil müəssisələrində 1 milyon 695 min 800 nəfər təhsil alıb. Növbəli fəaliyyət göstərən məktəb sayı 4 307 olub. Bu məktəblərdə isə 1 milyon 665 min 700 nəfər şagird təhsil alıb.