Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal QAZANIB
AzTehsil.com xəbər verir ki , Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada yüksək nəticə göstərib.132-134 saylı liseyin şagirdi Mirel Mustafazadə beynəlxalq olimpiadada böyük uğura imza atıb. 3-cü sinif şagirdi Mirel Mustafazadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi, FİSO - “Future Intelligence Students Olympiad” olimpiadasında qatıldığı ingilis dili fənni üzrə qızıl medal qazanıb. Öz kateqoriyası üzrə ən yaxşı nəticələrdən birini göstərdiyinə görə, həmyerlimizə qızıl medaldan əlavə “Brilliyant mükafat” da (“Diamond Award”) təqdim olunub.