AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Dünya / Manşet / Bölgə
05 iyun 2025
839

Texniki səhv DİM-in nüfuzuna təsir edə bilər - Deputat

Dövlət İmtahan Mərkəzi iyunun 1-də keçirilən qəbul imtahanında riyaziyyat fənni üzrə bir test tapşırığında texniki səhvə yol verildiyini açıqlayıb. Mərkəz səhv sualı düzgün cavablandırılmış kimi qiymətləndirdiyini bildirsə də, abituriyentlərin həmin suala sərf etdiyi vaxtın kompensasiyası təəssüf ki, mümkün deyil.

Dünya praktikasında isə bu kimi hallarda ya ümumilikdə, ya da yalnız müvafiq fənn üzrə imtahanın təkrar keçirilməsi halları müşahidə olunur.

AzTehsil.com xəbər verir ki, AzEdu.az-a açıqlamasında məsələyə münasibət bildirən Milli Məclisin deputatı Ceyhun Bayramov hesab edir ki, bu cür halların qarşısının alınması üçün DİM üzərinə ciddi məsuliyyət düşür:

 “Hesab edirəm ki, aidiyyəti qurumlar bu məsələni daim diqqətdə saxlamalıdırlar. Eyni zamanda düşünürəm ki, Dövlət İmtahan Mərkəzi belə halların gələcəkdə təkrarlanmaması üçün real addımlar atmalıdır",- deyə deputat bildirib.

Onun sözlərinə görə, belə texniki xətalar yalnız abituriyentlərin deyil, ümumilikdə qurumun fəaliyyətinə də mənfi təsir göstərə bilər:

 “Elə mexanizmlər qurulmalıdır ki, bu cür xoşagəlməz hallar bir daha baş verməsin. Çünki belə hallar gələcəkdə qurumun fəaliyyətinə də müəyyən mənada mənfi təsir göstərə bilər. Bu səbəbdən məsələyə ciddi və əsaslı yanaşma olmalıdır ki, bu kimi halların sayı artmasın”.

 Ceyhun Bayramov qeyd edib ki, Dövlət İmtahan Mərkəzinə ictimai inam və etimad formalaşıb və bu inamı qorumaq vacib məsələdir:

“Hazırda Dövlət İmtahan Mərkəzinə cəmiyyətin etimadı və inamı var. Biz bu inamın zədələnməsinə yol verməməliyik və gələcəkdə bu kimi hallar təkrarlanmamalıdır. Eyni zamanda düşünürəm ki, belə hallar təkrarlanarsa, hüquqi mexanizmlər işə salınmalı və müvafiq tədbirlər görülməlidir”.

Həmçinin oxuyun:
QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

DİM: “204 bakalavr Apelyasiya Komissiyasına müraciət edib”

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Milli Məclisin deputatı  növbəti xeyriyyə aksiyası keçirib

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Birincilərin birincisi

Birincilərin birincisi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir