AzTehsil.com

Xəbərlər / test / İKT / Direktor / Müəllim / Ekspert / Manşet / Bölgə
02 iyun 2025
700

Sertifikasiya ilə bağlı..- Ekspert



“Müəllimlərə çətin suallar yox, dəstək lazımdır!” - Sertifikasiya ilə bağlı REAKSİYA

Ötən gün MÜTDA-nın direktor müavini Vəfa Yaqublu sertifikasiya ilə bağlı maraqlı məqama toxunub.


O, qeyd edib ki, sertifikatlaşdırmanın sualları daha mürəkkəb, məktəb proqramından yüksək olmalıdır.


AzTehsil.com xəbər verir ki, məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri sertifikatlaşdırmanın test imtahan mərhələsində sualların çətinlik dərəcəsinin artırılmasına razı olmadığını qeyd edib:“MÜTDA-nın direktor müavini Vəfa xanım Yaqublunun sertifikasiyada iştirak edən müəllimlərlə bağlı, həmçinin sertifikatlaşdırmanın test imtahan mərhələsində sualların çətinlik dərəcəsinin ağırlaşdırılmasıyla bağlı söylədiklərinə qatılmıram. Bu o demək deyil ki, bizim müəllimlərə inamımız yüksək deyil, lakin suallar çətinləşdiyi halda vəziyyət çox kritik olacaq. Bu o demək deyil ki, suallar çətinləşdiyi halda müəyyən bir neqativlər müşahidə edəcəyik. Sadalananlar təkrarlana bilər, bu öz yerində.


 


Lakin mənim razı olmamağımın səbəbi, detalı bu deyil. Bir çox dövlətdə müəllimlərin sertifikatlaşdırılma prosesinin məqsədi təhsilverənin öz tədris etdiyi fənnlə bağlı müəyyən biliklərə nə dərəcədə malik olub-olmamasını müəyyənləşdirməkdir.


 


Sertifikatlaşdırma prosesi bir neçə mərhələdən ibarətdir. İstər test, istərsə də müsahibə mərhələsi olsun, hər birində müəllimin öz tədris etdiyi predmetə nə dərəcədə bələd olması öyrənilir. Bu bələd olma prinsipinə görə də müəllimlərə təqdim olunan sualların çətinlik dərəcəsini artırmağa çalışmamalıyıq”.


 


Ekspertin sözlərinə görə, sualların çətinləşdirilməsinə ehtiyac yoxdur:


 


“Rəsmi şəxslərin fikrinə hörmətlə yanaşıram. Şəxsən mənim subyektiv yanaşmama görə müəllimlərin sertifikasiya prosesində təqdim edilən sualların çətinləşdirilməsinə qətiyyən ehtiyac yoxdur. Bəli, mən də razıyam ki, suallar bir o qədər də çətin salınmır. Amma onların daha çətin səviyyədə olmasını qəbul etmirəm. Buna ümumiyyətlə yol vermək olmaz.


Birincisi, sertifikasiyanın özü uzun illər imtahan və test vərdişlərindən uzaq olan müəllimlər üçün əlavə stress və gərginlikdir. Məhz buna görə də onların bir çoxu sertifikasiyadan uğurlu nəticə qazana bilmədilər. Doğrudur, yalnız intellektual bilikləri, peşə ilə bağlı bilikləri o qədər də yüksək olmadığı üçün kəsilənlər də oldu. Lakin növbəti mərhələlərdə sualların çətinlik dərəcəsi qalxsa, arzuolunmaz hal yaşana bilər. Biz müəllimlərə güvənirik. Bu gün sertifikasiya üçün təqdim edilən suallar əsasən asandır və düşünürəm ki, bu cür də qalmasına ehtiyac var”.



Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Metodbirləşmələr

Metodbirləşmələr

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident STM əməkdaşlarını təltif etdi

Prezident STM əməkdaşlarını təltif etdi

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Müəllimləri sertifikasiyada nə gözləyir...?

Müəllimləri sertifikasiyada nə gözləyir...?

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Müəllimlərin sertifikasiyası 2 ildən bir keçirilməlidir - Təhsil eksperti

Müəllimlərin sertifikasiyası 2 ildən bir keçirilməlidir - Təhsil eksperti