AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Abituriyent / Manşet / Bölgə
28 may 2025
880

Qəbul balı mütləq artırılmalıdır !



“Qəbul balı mütləq artırılmalıdır, aşağı ballı tələbədən mütəxəssis çıxmaz”. “Universitetlərin təhsilini artırmaq, təhsilin keyfiyyətini yüksəltmək lazımdır. “Universitetlərin sayını artırmaqdansa, təhsilin keyfiyyətini yüksəltmək lazımdır. Tələbələr universiteti bitirdikdən sonra sərbəst şəkildə özünə iş tapmalıdır. Təəssüf ki, univesitetlərdə təhsilin keyfiyyətində ciddi böhran müşahidə olunur”. AzTehsil.com xəbər verir ki bu sözləri sabiq deputat Etibar Əliyev  deyib.Onun sözlərinə görə, Azərbaycan hər 10 min nəfərə düşən tələbə sayına görə postsovet məkanında olan ölkələrin əksəriyyətindən geridə qalır:“Ümumiyyətlə, universitetlərin və ali təhsilli insanların sayı istiqamətində ciddi tədqiqatlar aparılır. Əslində, Azərbaycanda bu rəqəm ürəkaçan deyil. 10 min nəfərə düşən tələbə sayına görə postsovet məkanında olan ölkələrin əksəriyyətindən geridə qalırıq. Lakin bu o demək deyil ki, universitetlərin sayını artırmalıyıq.Universitetlərin sayını artırmaqdansa, təhsilin keyfiyyətini yüksəltmək lazımdır. Tələbələr universiteti bitirdikdən sonra sərbəst şəkildə özünə iş tapmalıdır. Təəssüfl ki, univesitetlərdə təhsilin keyfiyyətində ciddi böhran müşahidə olunur. İndiki dövr təlqin edir ki, hər bir şəxs ali təhsil müəssisəsindən aldığı biliklərlə kifayətlənməməlidir.Başqa bir ciddi məqam da var: bir qisim özəl universitet özünü doğrultmadı. Əgər özəl universitetlər dövlət universitetləri ilə Qərb modelinə uyğun olaraq rəqabət apara bilsəydilər, 51 univeristet kifayət edərdi.Bütün abituriyentlərin 90 faizi özəl universitetləri sadəcə ehtimal kimi yazırlar. Özəl ali təhsil müəssisələri bu gün faktiki bu funksiyanı yerinə yetirirlər”. Etibar Əliyevin diqqətə çatdırıb ki, ixtisaslar üzrə keçid ballarında artımlar olmalıdır:“Digər tərəfdən, paralel ixtisaslar yaradıldı ki, bu da özünü doğrultmadı. Məsələn, BDU-da, ADPU-da olan ixtisasların bir çoxu başqa ali məktəblərdə də yaradıldı. Bu da şübhəsiz ki, keyfiyyət baxımından əsas ali təhsil müəssisələrinin verdiyi təhsildən geri qalır. Müəllim çatışmazlığı, universitetin özünün ixtisaslaşma problemi var.Ümumiyyətlə, 150-200 bal göstəricisi klassik qiymətləndirmə ilə götürsək, 2-3 alan abituryentlərdən təşkil olunur. Bəzi universitetlər belə aşağı bal göstəricisi ilə tələbləri bir növ cəlb etməyə çalışır. Mən qəbul ballarının yüksəldilməsinin tərəfdarıyam. Aşağı balla ali məktəbə daxil olan şəxs heç vaxt yaxşı mütəxəssis kimi yetişə bilməz. Amma maraqlıdır ki, ali məktəblərdə belə tələbələr çox rahatlıqla məzun ola bilirlər”.





Həmçinin oxuyun:
BALLI NANƏNİN BİLMƏDİYİNİZ FAYDALARI

BALLI NANƏNİN BİLMƏDİYİNİZ FAYDALARI

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

II və III ixtisas qrupları üzrə müsabiqə şərtləri - Minimal ballar

II və III ixtisas qrupları üzrə müsabiqə şərtləri - Minimal ballar

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Təhsilsiz qız: savadsız cəmiyyət....

Təhsilsiz qız: savadsız cəmiyyət....

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!

SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı