SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!
Dövlət İmtahan Mərkəzi (DİM) Nizamnaməsinin 2.1.3. bəndinə əsasən ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulmuşdur. Aşağıdakı cədvəllərdə həmin ixtisaslar,onların tədris olunacağı ali təhsil müəssisələri, eləcə də hər bir ixtisas qrupu üzrə ümumi müsabiqə şərtləri ilə tanış ola bilərsiniz.
Qeyd edək ki, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq "Abituriyent” jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək.
Müsabiqə şərtləri:
Aşağıdakı cədvəllərdə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
I ixtisas qrupu üzrə:
Torpaqşünaslıq və aqrokimya
Lənkəran Dövlət Universiteti
Meşəçilik
Lənkəran Dövlət Universiteti
Qərb Universiteti
Aqronomluq
Lənkəran Dövlət Universiteti
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
Naxçıvan Dövlət Universiteti
Texnologiya müəllimliyi
Naxçıvan Dövlət Universiteti
Gəncə Dövlət Universiteti
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi
Azərbaycan Texnologiya Universiteti
Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
Qərb Universiteti
Çoxişlənən malların texnologiyası mühəndisliyi
Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Kooperasiya Universiteti
İstehlak mallarının ekspertizası və marketinqi
Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Kooperasiya Universiteti
Qərb Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti
Poliqrafiya mühəndisliyi
Qərb Universiteti
II ixtisas qrupu üzrə:
Marketinq
Azərbaycan Texnologiya Universiteti
Mingəçevir Dövlət Universiteti
Azərbaycan Kooperasiya Universiteti
Azərbaycan Universiteti
Xəzər Universiteti
"Odlar Yurdu” Universiteti
Bakı Biznes Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti
Kommersiya
Azərbaycan Kooperasiya Universiteti
Regionşünaslıq (regionlar üzrə)
Qərb Universiteti
Xəzər Universiteti
Bakı Avrasiya Universiteti
Turizm və otelçilik
Naxçıvan Dövlət Universiteti
Gəncə Dövlət Universiteti
Mingəçevir Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Bakı Dövlət Universitetinin Qazax filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
Azərbaycan Kooperasiya Universiteti
Qərb Universiteti
Xəzər Universiteti
"Odlar Yurdu” Universiteti
Naxçıvan Universiteti
III ixtisas qrupu üzrə:
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması
Naxçıvan Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Sosial iş
Naxçıvan Dövlət Universiteti
Gəncə Dövlət Universiteti
Bakı Dövlət Universitetinin Qazax filialı
Azərbaycan Universiteti
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
IV ixtisas qrupu üzrə:
Baytarlıq
Lənkəran Dövlət Universiteti
Ekologiya
Lənkəran Dövlət Universiteti
Azərbaycan Kooperasiya Universiteti
Xatırladaq ki, ixtisas qrupları üzrə ümumi müsabiqə şərtləri isə aşağıdakı kimidir:
I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;
II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.