Abituriyent : Qarabağ Universitetinin tələbəsi olmaq istəyirəm
AzTehsil.com - "Arzum Qarabağ Universitetinin tələbəsi olmaqdır."Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında Cəbrayıl rayonundan gələn abituriyent Əlzamin Quliyev deyib.“Qəbul imtahanını Xankəndidə yerləşən Qarabağ Universitetində verdiyimə görə çox sevinirəm. Buranın tələbəsi olmağı çox arzulayıram. İmtahanda nisbətən asan suallar düşmüşdü. Elə də çətin deyildi. Bütün abituriyentlərə uğurlar arzulayıram”, - abituriyent söyləyib.Valideyn Zöhrab Həsənov isə bildirib ki, imtahana övladını gətirib."Fəxr edirik ki, balamız Qarabağ Universitetində imtahan verir. Uşağın özü də, biz də çox sevincliyik. Xalqımız da sevinclidir. Bu günümüzə min şükür", - o deyib.