Üç ay əvvəl işdən çıxarılan müdirin yerinə YENİ TƏYİNAT
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov əmr imzalayıb.
AzTehsil.com - n əldə etdiyi məlumata görə, Gəncə-Daşkəsən RTİ-nin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub.
Əmrə əsasən, Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon təhsil sektorunun müdiri Vüsal Cəfərova həvalə edilib.
Qeyd edək ki, Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsini Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Əli Cəfərov icra edirdi. Təhsil sektorunun əvvəlki müdiri Xəyal Məmmədov fevral ayında aparılan yoxlamalar sonrası vəzifəsindən azad edilib.