Məktəblərimizdə mütaliəsiz bir nəsil yetişir
Məktəblərimizdə mütaliəsiz bir nəsil yetişir.
AzTehsil.com- n əldə etdiyi məlumata görə bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnarə Akimova bildirib.
“Dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir nəsil yetişir və bu artıq böyük bir problemə çevrilməkdədir. Təhsilimizdə, dərsliklərimizdə ədəbiyyatımıza diqqət xüsusi olmalıdır. Çünki ədəbiyyat daha çox mənəviyyata toxunan, mənəviyyata xidmət edən bir sahədir. Amma baxaq görək, dərs yükünün ağırlığı uşaqlara mütaliə üçün imkan verirmi? Bizim ədəbiyyat, mədəniyyət ənənəmiz var, o təməllərin laxlamasına imkan verməməliyik. Yaranmış boşluqlarımıza diqqət yönəltməliyik”, - deyə vurğulayıb .