AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Digər Elan / Cəmiyyət / Karyera / Dünya / Manşet / Bölgə
22 may 2025
743

Azərbaycanlı alim Macarıstanda qalib olub



Cavad nəslindən olan azərbaycanlı gənc alim Macarıstanda qalib oldu: "Böyük rəqabət var idi".Azərbaycanlı alim Nərgiz Hacıyeva Macarıstanın Milli İdarəetmə Universitetinin nüfuzlu Ludovika Alimlər Proqramının qalibi olub.Azərbaycanlı alim Nərgiz Hacıyeva Macarıstanın Milli İdarəetmə Universitetinin nüfuzlu Ludovika Alimlər Proqramının qalibi olub.


Ludovika Alimlər Proqramı (Ludovika Scholars Program) — Macarıstanın Budapeşt şəhərində yerləşən Milli İdarəetmə Universiteti tərəfindən həyata keçirilən beynəlxalq və nüfuzlu elmi proqramdır. Bu proqramın məqsədi dünyada müxtəlif sahələr üzrə elmi araşdırmalar aparan, liderlik keyfiyyətləri və yüksək akademik göstəricilərə sahib alimləri bir araya gətirmək, onların təcrübəsini bölüşmək və tədqiqat mühitini gücləndirməkdir.


AzTehsil.com xəbər verir ki, proqramın azərbaycanlı qalibi, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva Teleqraf-a danışarkən prosesin olduqca rəqabətli şəkildə keçdiyini bildirib:


“Ludovika Alimlər Proqramı Macarıstan Milli İdarəetmə Universiteti tərəfindən həyata keçirilən nüfuzlu elmi layihədir. Universitet 1990-cı ildə təsis olunub və bu illər ərzində bir çox dövlət xadimi, diplomat və akademik məzun yetişdirib. 2009-cu ildən etibarən hər il Ludovika Alimlər Proqramı elan olunur. Bu günə qədər proqramda heç bir azərbaycanlı qadın alim iştirak etməyib. İndiyədək yalnız iki kişi iştirakçı Azərbaycandan seçilib”.


Xanım tədqiqatçı qeyd edib ki, iştirak üçün namizədlərdən elmi nəşrlərin siyahısı, liderlik bacarıqları, əldə etdikləri qrantlar və qonaq məruzəçi kimi iştirak etdikləri xarici universitetlərin siyahısı tələb olunur:“Proqram iştirakçılarından yüksək elmi fəaliyyətlər tələb olunur. Təqdim etdiyim layihədə su diplomatiyası və siyasi elmlərin qarşılıqlı əlaqəsini təhlil edilib. Layihə işğaldan azad olunmuş ərazilərdə su resurslarının idarə olunmasında qadın alim və xanımların rolu əks olunub. Münsiflər heyəti tərəfindən bəyənilib.

Bu ilin oktyabr ayında iki həftəlik qonaq professor kimi Budapeştə dəvət olundum. Həmin müddətdə konfliktologiya sahəsində həftədə 4 saat mühazirələrdə iştirak edəcəm. Proqram çərçivəsində iştirakçılara yüksək məbləğdə qrant verilir və rəsmi təltif mərasimi keçirilir. Bu nüfuzlu proqram hər il yüksək şəraitdə keçirilir. Qaliblərin seçimi Macarıstanın tanınmış iqtisadi və siyasi alimlərindən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilir. Dünya üzrə 250-300-dən çox tədqiqatçının müraciət etdiyi proqramda yalnız akademik göstəriciləri və elmi potensialı yüksək olan namizədlər seçilir. Bu da o deməkdir ki, hər ölkədən iştirakçı seçilmir və iştirak hüququ qazanmaq kifayət qədər çətindir".


Xatırladaq ki, 1993-cü il təvəllüdlü Nərgiz Hacıyevanın ata tərəfi Cavad xan nəslindəndir.


O, 2014-cu ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər” ixtisasını bakalavriat səviyyəsini, 2017-ci ildə isə Litva və Fransa dövlətlərinin ayırdığı təqaüd hesabına Vitautas Magnus Universitetinin və Sciences PO-nun “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisasının magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirib.


Avropa Diplomatik Akademiyasının (European Academy of Diplomacy) “Avropa İttifaqının xarici siyasəti” adlı proqramının qrantla fəxri məzunudur.O həmçinin ABŞ-nin Miçiqan Universitetinin nüfuzlu və yüksək UM "Weiser” fəxri post-doktoral təqaüdünə layiq görülən ilk və yeganə azərbaycanlı xanım siyasi alimdir.





Həmçinin oxuyun:
Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Metodbirləşmələr

Metodbirləşmələr

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

Məktəbli ixtiraçılar

Məktəbli ixtiraçılar

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin idarəedilməsi- REFERAT

Təhsilin idarəedilməsi- REFERAT

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bu universitetlərdə oxuyanların təhsil xərcləri maliyyələşdirilə bilər - Gənclər Fondundan şad xəbər

Bu universitetlərdə oxuyanların təhsil xərcləri maliyyələşdirilə bilər - Gənclər Fondundan şad xəbər