Bu sektora müdir təyin olunub
AzTehsil.com xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olunub.
Müşfiq Dadaşov Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir vəzifəsinə təyin edilib.
O, pedaqoji fəaliyyətə 2002-ci ildə Biləsuvar rayonu Ə.Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi kimi başlayıb və eyni zamanda Tarix və Coğrafiya fənləri üzrə metodbirləşmənin sədri vəzifəsini də icra edib.
2010–2021-ci illərdə Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində tarix müəllimi və Tarix kafedrasının koordinatoru kimi çalışıb. 2021–2022-ci illərdə həmin müəssisədə Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Təyinatdan öncə Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində icraçı direktorun müavini olub.
Müşfiq Dadaşov 1998–2002-ci illərdə Tarix ixtisası üzrə bakalavriat, 2006–2008-ci illərdə isə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub.
2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun doktorantura pilləsinə qəbul olub.
Bir sıra elmi və metodik məqalələrin müəllifidir və müxtəlif yerli və beynəlxalq elmi konfranslarda çıxışlar etmişdir.![]()
Gələcək fəaliyyətində ona uğurlar arzulayırıq.












