AzTehsil.com

Xəbərlər / test / İKT / Direktor / Müəllim / Sual / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə
20 may 2025
1 225

Sertifikasiya: Kəsilən müəllimlərə 2-ci şans verilməsi ləğv edilməlidir?



Sertifikasiya imtahanının müəllimlərin bilik və bacarıqlarının yoxlanılmasında müstəsna rolu var. Lakin imtahan verənlər içərisində təəssüf ki, uğur qazana bilməyən müəllimlər də yer alır. Hətta bəzən həmin müəllimlərə 2-ci şansın verilməsinə baxmyaraq yenə də imtahandan uğur əldə edə bilmirlər.


 Maraqlıdır, uğur qazana bilməyən müəllimlər üçün 2-ci şans ləğv edilə bilərmi?


AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az- a açıqlama verən təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev qeyd edib ki sertifikasiya prosesinin mahiyyəti ondan ibarətdir ki, ümumi təhsil prosesində yüksək bilik və bacarıqlara sahib təhsilverənləri formalaşdırmaqdır:


 


"Əlbəttə ki, sertifikasiya prosesinin keçirilməsi ilə bağlı indiyə qədərki mərhələlərdə müşahidə etdiyimiz odur ki, birinci cəhddə uğur qazanmayanlar növbəti cəhddə özlərini inkişaf etdirərək prosesdən keçə bilirlər. Amma bir çox hallarda, baxmayaraq ki, müəllimlərə iki dəfə şans verilir, bu şansların heç birini dəyərləndirə bilməyərək prosesdən kənarda qalan kifayət qədər müəllimlə də qarşılaşmışıq. Bu il isə düşünürəm ki, ilk dəfə imtahan verəcək müəllimlər digər fənn müəllimləri ilə müqayisədə (hansı ki, indiyə qədər sertifikasiya prosesinə cəlb olunmuşdular) daha yaxşı nəticə göstərə bilərlər. Çünki həmin müəllimlərin hazırlıq üçün kifayət qədər vaxtları olub.


 


Qaldı ki, bir namizədə iki şansın verilməməsi məsələsinə, düşünürəm ki, bu, hələlik ilkin mərhələdə belə qərarlaşdırılıb. Fikrimcə, ilkin mərhələlər başa çatdıqdan sonra, növbəti dövrlərdə xüsusilə ibtidai sinif müəllimləri üçün sertifikasiya prosesi zamanı artıq ikinci şansın verilməməsi daha məqsədəuyğun olar. Düşünürəm ki, həmin mərhələdən etibarən bu qərarın tətbiqi daha məntiqli olar.


 


Lakin hazırda bu istiqamətdə ilk dəfə imtahan verənləri nəzərə alaraq bir qədər daha humanist davranmaq və ikinci şansı tanımaq doğru qərar kimi görünür. Hesab edirəm ki, bu qərarı düzgün və yerində hesab etmək olar. Düzdür, əslində birinci cəhddən keçə bilməyənlərin müsabiqədən kənarda saxlanılması daha sərt və obyektiv yanaşma ola bilərdi. Amma digər tərəfdən nəzərə alsaq ki, bu müəllimlər ilk dəfə bu formatda imtahan verirlər, o zaman bu mərhələdə onlara qarşı humanist yanaşmaq vacibdir. Lakin birinci mərhələ başa çatdıqdan sonra və növbəti beş il ərzində yenidən sertifikasiya üçün imtahana girən müəllimlərə artıq ikinci cəhdin verilməsinin tərəfdarı deyiləm. Düşünürəm ki, gələcəkdə Nazirlər Kabineti də bu istiqamətdə qərar qəbul edəcək və təkrar sertifikatlaşdırma yalnız bir dəfə həyata keçiriləcək".



Həmçinin oxuyun:
Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Dünyada repetitorluq trendi: Hansı ölkələrdə daha çox yayılıb?

Dünyada repetitorluq trendi: Hansı ölkələrdə daha çox yayılıb?

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Murad Camalzadə: Yerdəyişmədə uğur qazanmayanlar işlədikləri məktəbdə vəzifəsindən azad edilmirlər

Murad Camalzadə: Yerdəyişmədə uğur qazanmayanlar işlədikləri məktəbdə vəzifəsindən azad edilmirlər

Mühasibatlıq savadlılığı nədir və əsaslarını necə mənimsəyə bilərik

Mühasibatlıq savadlılığı nədir və əsaslarını necə mənimsəyə bilərik

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....