AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə
16 may 2025
718

Ali məktəblər dəyişməlidir



AzTehsil.com xəbər verir ki mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov öz fikirlərini bildirib.Ali məktəblər dəyişməlidir — bu gün, sabah yox! Çünki bugünkü tədris proqramları 20 il əvvəlki cəmiyyətin tələblərinə cavab verir, lakin sabahın iş bazarına yox. Dünya sürətlə dəyişir, süni intellekt, böyük verilənlər (big data), biotexnologiya artıq yalnız elmi fantastika deyil, həyatın reallığıdır. Bu dəyişikliklərin fonunda universitetlərin statik proqramları, əzbərləmə əsaslı tədris metodları artıq köhnəlmiş bir modelin əlamətidir.


UNESCO-nun 2023-cü il hesabatına görə gələcək 5 ildə əmək bazarına daxil olacaq peşələrin 40%-i hazırda universitetlərdə öyrədilmir. Dünya İqtisadi Forumunun “Future of Jobs” sənədində vurğulanır ki, ali təhsilin məqsədi yalnız diplom vermək deyil, düşünməyi, qərar verməyi və dəyişən dünyaya adaptasiya olmağı öyrətməkdir. Azərbaycanda isə 2022-ci ildə aparılan bir tədqiqat göstərib ki, məzunların yalnız 42%-i ixtisasına uyğun iş tapa bilir. Bu ciddi xəbərdarlıqdır. Yəni ali təhsil ölüb, amma özünə demirlər ki, qorxar.


Təhsil tədqiqatçısı Andreas Schleicher yazır: “Əgər universitetlər gələcək üçün deyil, keçmiş üçün hazırlaşdırırsa onda tələbələr bu günə belə hazır olmur.” Onun sözləri PISA nəticələrinin müəllifi olaraq təsadüfi deyil. Təhsil fəlsəfəsinin dəyişməsi tələb olunur: tələbəyə dərin nəzəri biliklə yanaşı praktik bacarıqlar, “edə bilmək” qabiliyyəti verilməlidir.


Məsələn Almaniyanın dual təhsil sistemi praktikaya əsaslanır: tələbələr həftənin yarısını universitetdə, yarısını isə müəssisədə keçirir. Finlandiyada tədris modullar üzərində qurulur və hər modul real problem və layihəyə bağlanır. Sinqapurda isə universitetlərin proqramları hər il bazar ehtiyaclarına uyğun yenilənir və məzunların 90%-i ilk 6 ayda işlə təmin olunur.


Azərbaycanda isə hələ də bəzi ixtisaslarda 1980-ci illərin dərs kitabları təkrar çap olunaraq “yenilənmiş” adı ilə tədris olunur. Hətta müasir fənlərdə belə proqramlar mücərrəd və praktikadan uzaqdır. Nəticədə “ali təhsil almış, amma bacarıqsız” diplomlular ordusu yaranır.


Dünyanı dəyişdirənlər diplomları deyil, bacarıqları ilə fərqlənənlər olub. Elm və Təhsil Nazirliyi, universitet rəhbərləri və proqram müəllifləri bu gerçəyi anlamalıdır. Artıq təhsil “necə oxumaq”dan çox “necə düşünmək və necə tətbiq etmək” olmalıdır.


Bu günün tələbəsinə Java, Python, mühəndislik, dizayn və ya tarix öyrətmək yetərli deyil. Onun analiz etməyi, qərar verməyi, təqdim etməyi və komanda ilə işləməyi bacarması vacibdir. Ali məktəblər kardinal dəyişiklik etməsə biz gələcəyin deyil, keçmişin məzunlarını yetişdirmiş olacağıq.


Təhsil yalnız informasiya ötürmək deyil. O zehni azad etmək, bacarıqları inkişaf etdirmək, düşünməyi öyrətmək sənətidir. Mövcud proqramlar bu sənəti öyrətmir. Zaman dəyişir, ali təhsil də dəyişməlidir. Yoxsa diplomlar kağız, vaxt isə itkiyə çevriləcək.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Bu gün təhsildə nə dəyişməlidir?

Bu gün təhsildə nə dəyişməlidir?

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Məktəbli ixtiraçılar

Məktəbli ixtiraçılar

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Süni intellektin təhsildəki rolu

Süni intellektin təhsildəki rolu

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bütün universitetlərdə süni intellekt sahəsinə uyğun bölmələr açılıb

Bütün universitetlərdə süni intellekt sahəsinə uyğun bölmələr açılıb

“ADA” və “Corc Vaşinqton” arasında əməkdaşlığın yeni inkişaf mərhələsi

“ADA” və “Corc Vaşinqton” arasında əməkdaşlığın yeni inkişaf mərhələsi

Tərbiyənin metodları

Tərbiyənin metodları

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI