Direktorlar üçün təlimlər keçirilir
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə təlimlər davam etdirilir.
AzTehsil.com xəbər verir ki, "Şagird nailiyyətlərinin izlənilməsi və təhlillərin hazırlanması" mövzusunda olan təlim Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Tural Sayılov tərəfindən həyata keçirilib. Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə keçirilən təlimdə şagirdlərin akademik göstəricilərinin effektiv izlənməsi və təhlil proseslərinin təşkili ilə bağlı proses praktiki şəkildə izah edilib.
Qeyd edək ki, təlimlərin məqsədi məktəb direktorlarının müasir idarəetmə sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, peşəkarlığının artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, həmkarlar arasında fərdi praktik təcrübələrin mübadiləsi, onların informasiya texnologiyalarına və qabaqcıl təlim sisteminə bələd olması, həmçinin effektiv məktəb idarəetməsi və liderlik potensialının inkişaf etdirilməsindən ibarətdir.
Təlimlər may ayının sonunadək davam edəcək. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin digər əməkdaşları tərəfindən də müxtəlif mövzular üzrə təlimlər həyata keçiriləcəkdir.
Qeyd edək ki, Regional Təhsil İdarəsinin tabeliyində olan digər ümumtəhsil məktəblərinin direktorları üçün də təlimlərn keçirilməsi planlaşdırılır.