AzTehsil.com

Xəbərlər / Valideyn / Cəmiyyət / Ekspert / Şagird
22 aprel 2025
653

Universitetə qəbul olmaq hələ şagirdin biliyini tam ortaya çıxarmır....




İmtahan nəticələrinin açıqlanması bəzi ailələr üçün sevinc, digərlərində isə təəssüf hissi yaradıb. Yüksək bal toplayan şagirdlərin təriflə qarşılanması doğru hal olsa da, bəzən zəif nəticə göstərənlərə haqsızlıq kimi görülür. Bu cür ikili yanaşmalar isə ailədə, məktəbdə şagirdlərin psixoloji durumuna və dərsə olan münasibətinə birbaşa təsir edir. Bəzi valideynlərin imtahan nəticələrinə əsaslanan davranışı, uşaqlarda motivasiya itkisi, aqressivlik və təhsildən uzaqlaşma ilə nəticələnə bilər.


AzTehsil.com xəbər verir ki, bu haqda açıqlamasında təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu bildirib ki, burada əsas məsuliyyət valideynlərin üzərinə düşür:


"Hər bir şəxsin ali təhsil almaq öhdəliyi yoxdur. Universitetə qəbul olmaq hələ şagirdin bilik, savad və digər qabiliyyətlərini tam ortaya çıxarmır. İxtisas və qrupu seçərkən şagirdə qarışmaq, onu məcbur etmək yanlışdır. Bilik göstəriciləri zəif olan, marağı və potensialı fərqli inkişaf edən uşaqlara məcbur universitet sevdirmək mümkün deyil".

O bildirib ki, yüksək bal toplamaq şagirdin  əziyyətinin bəhrəsidir:

"Amma zəif nəticə toplamış şagird təhsildən, cəmiyyət təcrid olunacaq münasibət görməməlidir. İkinci dəfə hazırlaşıb daha yüksək nəticə toplamaq və ya düzgün sənət seçərək, təkmilləşmək daha perspektivlidir. Valideynlər, övladları arasında təhsildə göstərdikləri nəticəyə görə fərq qoymamalıdır. Bu uşaqlarda özgüvənsizlik, dərslərə marağın azalması, ailəyə inamsızlıq, məktəbdən uzaqlaşmaq kimi hallara səbəb ola bilər".


Rizvan Fikrətoğlu qeyd edib ki, uğuru və onu qazananı hər kəs sevir: "Əsas olan uğursuzluq yaşamış birinə inanmaq və onu qəbul edib həvəsləndirməkdir. Valideyn bilməlidir ki, övladının potensialından artıq bir şeyi ondan tələb edə bilməz. Məhz, ətrafa, qohumlara göstəriş üçün edilən performans onların uşaqlarına zərər vurur. 

İndiki dövrdə, uşaqlar daha həssas düşünür və davranırlar. Xüsusilə də, analar bilməlidir ki, onların təcrübələri övladlarından nisbətən çoxdur. Övladları üçün təhsilə xərclənən pulları onların başına vurmaq yerinə, qonşu-qohum uşaqları ilə müqayisə etmək əvəzinə onların həvəsini artırmaq və dəstək olmaq önəmlidir".





Həmçinin oxuyun:
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Motivasiya və onun təlimdə rolu

Motivasiya və onun təlimdə rolu

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilsiz qız: savadsız cəmiyyət....

Təhsilsiz qız: savadsız cəmiyyət....

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi

Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Rus bölməsi abituriyentlərinə qarşı haqsızlıq: DİM-in ikili standatları nələrdir? - FOTOFAKT

Rus bölməsi abituriyentlərinə qarşı haqsızlıq: DİM-in ikili standatları nələrdir? - FOTOFAKT

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir: təbii maraq, yoxsa mükafatlandırılma arzusu?

Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir: təbii maraq, yoxsa mükafatlandırılma arzusu?

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Uşaqlarda dərs oxumaq həvəsi necə artırılmalı? - ARAŞDIRMA

Uşaqlarda dərs oxumaq həvəsi necə artırılmalı? - ARAŞDIRMA

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT  haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi