Sertifikatlaşdırılma ilə bağlı məlumatlandırıcı görüşlər davam edir
Sertifikatlaşdırılma ilə bağlı məlumatlandırıcı görüşlər davam edir.
AzTehsil.com xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən cari ildə sertifikatlaşdırmaya cəlb olunacaq təhsilverənlər üçün proses ilə bağlı məlumatlandırıcı və dəstək xarakterli görüşlər keçirilir.
Görüşlərdə sertifikatlaşdırma prosesinin mahiyyəti, mərhələləri və məzmunu barədə ətraflı məlumat verilir və müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılır.