Vəzifəli şəxs iş yerindən oğurluq edir? - İDDİA
Göyçay şəhərində 2 nömrəli körpələr-evi uşaq bağçasında özbaşınalığın hökm sürdüyü iddia olunub.
Həmin bağçada çalışan sanitar-dayə Günel Əkbərova iddia edir ki, bağçanın müdiri Kəmalə Abbasova Nar bayramı ilə əlaqədar əl işlərinin hazırlanması üçün işçiləri hədələyərək 30 manat məbləğində pul yığır.
Şikayətçi onu da vurğulayıb ki, Kəmalə Abbasova bağçaya müdir təyin olunduqdan sonra onun iş saatını da azaldıb və əvvəlki iş yerində qalması üçün rüşvət tələb edib. Bağça müdirinin qanunsuz hərəkətlərindən biri isə Günel Ələkbərova tərəfindən lentə alınan bağçadan ərzaq oğurluğu hadisəsidir.
Məsələ ilə bağlı sözügedən körpələr-evi uşaq bağçasının müdiri Kəmalə Abbasova bildirib ki, səsləndirilən iddialar tamamilə əsassızdır:
"61 yaşım var, 40 ildir bu sahədə çalışıram. Hər il eyni qaydada Nar bayramı keçiririk. Bir nəfər deyə bilməz ki, mən rüşvət alıram"
Mərkəzi Aran Regional Təhsil İdarəsinin aparıcı-məsləhətçisi Rüstəm Aslanov bildirib ki, hazırda sözügedən bağçada baş vermiş neqativ hallarla bağlı bir neçə istiqamətdə yoxlamalar aparılır.
Daha ətraflı "ATV Xəbər"in süjetində: