Xəbərlər
15 dekabr 2023
368


Azərbaycanlı tələbə erməniləri arxada qoyaraq birinci oldu - FOTO


ADA Universitetinin tələbəsi İbrahim Tağızadə Gürcüstanın Kutaisi şəhərində keçirilən informatika üzrə Cənubi Qafqaz Açıq Çempionatının fərdi mərhələsində bütün rəqiblərini üstələyərək birincilik əldə edib.


Məlumata görə, ilk onluqda daha iki azərbaycanlı tələbə yer alıb. Onlar Bakı Ali Neft Məktəbinin tələbəsi Emin Orucov və ADA Universitetinin tələbəsi Emil İnoçkindir. Tələbələr müvafiq olaraq 6-cı və 7-ci yerləri tutublar.


Qeyd edək ki, 11-16 dekabr 2023-cü il tarixlərində Gürcüstanın Kutaisi şəhərində keçirilən “48-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və “Cənubi Qafqaz Açıq Çempionatı”nda Azərbaycanı ümumilikdə 15 ali təhsil müəssisəsindən 20 komanda (hər komandada 3 tələbə və komanda rəhbəri) təmsil edib.


Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni “C”, “C++”, “Java” və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib.


Fərdi yarışlarda isə 4 saat ərzində 10 alqoritmik məsələnin həlli istənilib.


Qeyd edək ki, bu, İbrahim Tağızadənin ilk uğuru deyil: o, Respublikamızda Riyaziyyat üzrə Fənn müsabiqəsinin (2016) qalibi, “European Junior Olympiad in Informatics” (EJOI, 2018) bürünc mükafatçısı, “International Olympiad of Informatics”in (IOM, 2018) bürünc mükafatçısı, (İnformatika üzrə) Cənubi Qafqaz açıq birinciliyində 3-cü yerin sahibi, İnformatika üzrə Respublika Fənn Olimpiadasının (2018, 2019) gümüş mükafatçısı, İnformatika üzrə Respublika Fənn Olimpiadasının (2020) qızıl mükafatçısı, ACM ICPC ¼ (Regional, Azerbaijan) qalibi olub. İbrahim Tağızadə, həmçinin beynəlxalq yarışlarda iştirak edən və ölkəmizə medallarla qayıdan məktəblilərin lideri və debüt lideri seçilib.


Azərbaycan ali təhsil müəssisələri 2005-ci ildən etibarən “ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsində iştirak edir.



Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün  gərəkli vəsait PYTHON

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün gərəkli vəsait PYTHON

Dünya məktəbliləri Bakıda yarışır

Dünya məktəbliləri Bakıda yarışır

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Cüdo idman növü üzrə birincilik keçirilib

Cüdo idman növü üzrə birincilik keçirilib

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

Məktəbli ixtiraçılar

Məktəbli ixtiraçılar

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məktəb laborantının vəzifə təlimatı

Məktəb laborantının vəzifə təlimatı

Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib

Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Cənubi Koreya təhsil sisteminin  18 xüsusiyyəti

Cənubi Koreya təhsil sisteminin 18 xüsusiyyəti

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

ADA Məktəbinin təqdimatı olub

ADA Məktəbinin təqdimatı olub

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Birincilərin birincisi

Birincilərin birincisi

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib