AzTehsil.com
RU


Xəbərlər
25 iyun 2023
577


Ajiotaja ehtiyac yoxdur




Ekspertlər 1-ci sinfə qəbul zamanı aparılan “müsahibələr”in yalnız dil bilgilərini və xüsusi istedadı üzə çıxarmaq məqsədi daşıdığını, ən əsası, bu qaydanın bütün məktəblərə aid olmadığını bildirirlər. Azərbaycan bölmələrinə qəbul imtahansızdır. 


Övladı 1-ci sinfə gedəcək valideynlər uşaqlarının məktəbə qəbulu ilə bağlı ciddi narahatlıq keçirirlər. Bu, təkcə elektron sistemdən rahatlıqla qeydiyyat, ürəkləri istəyən məktəb, sinif, müəllim seçimi ilə bağlı deyil, həm də uşaqlarını gözləyən “imtahan” xofu ilə əlaqədardır. Belə ki, bəzi məktəblərdə uşaqların 1-ci sinfə qəbulla bağlı müsahibədə iştirakı tələb olunur. Sosial platformalarda, eləcə də mediada bəzi məktəblərdə uşaqların 1-ci sinfə qəbul prosesində “müsahibə”yə və ya “imtahan”a cəlb olunması ilə bağlı narahatlıqlar dilə gətirilir. “Əgər təhsil icbaridirsə, 1-ci sinfə gələn uşaqlar üçün imtahan və ya müsahibə nəyə lazımdır?” və ya “Bəzi məktəblər gələcək birinci sinif şagirdləri üçün qəbul imtahanları keçirir, nəticədə uşaq məktəbə qəbul olunmaya bilər” kimi suallar və narahatlıqlar yer alır.


Ekspertlər isə bu mövzuda ajiotaja ehtiyac olmadığını, 1-ci sinfə qəbul zamanı aparılan “müsahibələr”in yalnız dil bilgilərini və xüsusi istedadı üzə çıxarmaq məqsədi daşıdığını, ən əsası, bu qaydanın bütün məktəblərə aid olmadığını bildirirlər.



Valideyn uşağının stress yaşamasını istəmirsə...


Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər Təhsilin Pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova 1-ci siniflərin Azərbaycan bölməsində məktəbə qəbulun imtahansız olduğunu bildirir. Yəni bu, icbari qaydadır və hər kəsin təhsil almaq hüququ var: “Azərbaycan bölmələrinə şagirdlərin qəbulu tam imtahansızdır. Sadəcə, xüsusi istedadlı uşaqlar var ki, lisey və gimnaziyalara qəbul zamanı onların istedadlarını üzə çıxarmaq üçün müəyyən sorğu və fəaliyyətlərdən keçirlər. Hazırda 1-ci sinfə imtahan rus bölmələrinə qəbul zamanı aparılır”. X.Həmidova uşaqların kütləvi şəkildə rus bölmələrinə yönləndirilməsi prosesindən narahatlığını da ifadə edir: “Bu da Azərbaycan təhsil sisteminə bir zərbədir. Ailədə rus dilində danışa bilən olmayanda uşaqlara da çətin olur. Ona görə bu vəziyyətdə müsahibə məcburi addımdır”. Ekspert tövsiyə edib ki, valideynlər uşaqlarının stress yaşamasını istəmirlərsə, onları bilmədikləri dillə bağlı imtahana yönləndirməsinlər: “Təəssüf ki, valideynlər bunu nəzərə almadan addım atırlar. Onları bu istiqamətdə maarifləndirmək yaxşı olardı. Onlar uşaqlarını bilmədikləri bir dildə təhsilə cəlb etmələrinin həm dövlətçiliyimizə, həm dilimizə, həm də övladlarının gələcək inkişafına nə qədər təsir etdiyini bilsələr, yəqin ki,  bu addımı atmazlar. Uşaq öz dilində təhsil almalıdır. Əgər valideyn istəyirsə uşaq rus bölməsində təhsil alsın, ən azı bir göstəricisi olmalıdır”.


X.Həmidovanın sözlərinə görə,  “müsahibə” uşaqların rus dili bilgilərinin səviyyəsini ölçmək üçündür. Belə ki, imtahanda uşaqların dinləyib, anlama və buna münasibət bildirmələri yoxlanılır: “Sadəcə, bilik yönümlü suallar yox, onların dil bacarıqlarını ölçə bilən suallar verilir. Burada da dil bilən uşaqlar üçün psixoloji gərginlik olmamalıdır. Uşaqlar özlərini ifadə edən kimi həmin bölməyə qəbul olunurlar. Valideyn də uşağını apararkən “imtahana gedirik” deyil, “söhbətə gedirik” deməlidir”. Ekspert hesab edir ki, “müsahibə”nin aparılmasına etiraz edən valideynlər başa düşməlidirlər ki, onların uşaqlarının dil bacarığı yoxdursa, onlar rus bölməsində oxuya bilməzlər”. X.Həmidovanın fikrincə, həmçinin uşaqlarını lisey və gimnaziyaya yazdırmaq istəyən valideynlər də nəzərə almalıdırlar ki, bu məktəblər xüsusi istedadlı uşaqlar üçündür: “Bu halda da imtahan uşağa stress yaşadırsa, məncə, yenə də günahkar valideynlərdir. Uşaqların bacarmadıqları şeyləri onlara yükləmək düzgün deyil. Valideyn özünün əldə edə bilmədiyi hər şeyi uşağında görmək istəyir və bu uşağı lazımsız stresslərə salır”. 


Digər dillərdə təhsil almaq istəyənlər müsahibədə iştirak etməlidirlər


Təhsil eksperti Nadir İsrafilov da məsələyə qalmaqallı münasibətlərin sərgiləndiyini, kimlərinsə övladlarının imtahandan kəsilərək, növbəti ilə saxlanılması barədə iddiaları irəli sürdüyünü bildirir: “Birincilərin imtahana cəlb olunmasının qətiyyətlə pislənməsi ilə bağlı yazılara və statuslara rast gəlirəm. Cəmiyyət üzvlərində belə bir fikir formalaşır ki, 1-ci siniflərə qəbul sanki imtahanla həyata keçirilir. Halbuki bu prosedur imtahanla deyil, müsahibə yolu ilə aparılır. Həmçinin bu prosedur bütövlükdə 1-cilərə deyil, yalnız rus bölməsinin 1-ci siniflərinə qəbul olunmaq istəyənlərə şamil olunur”. Ekspertin sözlərinə görə, əsaslandırır ki, “Təhsil haqqında” və “Ümumtəhsil haqqında” qanunların tələblərinə əsasən, orta məktəblərdə digər dillərdə təhsil almaq arzusunda olan uşaqlar müsahibələrdən keçirilməlidir: “2019-cu ildən etibarən digər dildə tədris aparılan bölmədə oxumaq istəyən uşaqların 1-ci sinfə qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndirilir və onlar müsahibə mərhələsində iştirak etməlidirlər. Müsahibədən keçə bilməyən uşaqlar digər dildə tədris aparılan bölmələr üzrə təhsil ala bilməzlər. Müsahibə prosedurunun tətbiq olunmasına yaranan zərurət isə rus bölməsi üzrə sinif azlığı və rus dili müəllimlərinin çatışmazlığı fonunda son illər rus bölməsinə marağın bir neçə dəfə artmasıdır”. 


“Uşaqda “məktəb”, “müəllim” qorxusu formalaşır” 


Təbii ki, uşaqların məktəbə hazırlığı fiziki, psixoloji və emosional-iradi hazırlıq səviyyələri tələb edir. Kövrək yaşda onların “imtahan” və ya “müsahibə” adı ilə sorğulanması müəyyən stress yaratması qaçılmazdır.  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji- psixologiya kafedrasının müəllimi, dissertant Yaqut Ağasiyeva da təsdiqləyir ki, “imtahan” anlayışı bir qisim valideynlərdə təşviş yaratdığı üçün onlar eyni psixoloji halı övladlarına ötürürlər. Nəticədə uşaqda “məktəb”, “müəllim” qorxusu formalaşır: “Bu baxımdan uşaqların müsahibəyə cəlb olunmasına həm valideynlər, həm pedaqoqlar, həm də psixoloqlar diqqətli yanaşmalıdırlar”. Psixoloq bildirir ki, uşaqla elə ünsiyyət qurulmalıdır ki, o bunu bir imtahan kimi deyil, ilkin tanışlıq kimi görə bilsin.

Təranə Məhərrəmova




Загрузка...
Həmçinin oxuyun:
2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Mövcud vəziyyətdə ən səmərəli həll yolu

Mövcud vəziyyətdə ən səmərəli həll yolu

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

“Əsas məsələ valideynin qeydiyyatı düzgün aparmasıdır"

“Əsas məsələ valideynin qeydiyyatı düzgün aparmasıdır"

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür