Xəbərlər
23 may 2023
487


13 yaşlı qızın evdən qaçmasına görə kim günahkardır ...


 Tovuz rayonunun 13 yaşlı sakini Əfsanə Tağıyevanın ərə getmək məqsədilə Xaçmazdan olan 44 yaşlı kişinin yanına qaçması cəmiyyətdə ciddi rezonans doğurub.


Polisin müdaxiləsi nəticəsində evlərinə qaytarılan yeniyetmə qızın xoşagəlməz hərəkəti sosial şəbəkələrdə müzakirə mövzusu olub. Müzakirələrdə 13 yaşlı Əfsanənin bu davranışı valideynlərini qınaq obyektinə çevirib.


Yeniyetmə qızın təhsilə fokuslanmaq əvəzinə ərə getmək istəyi hardan yaranıb, bu məsələdə günahkar təkcə valideynlərdimi?


Bəs onun oxuduğu məktəb hansı yanlışlıqlara yol verib ki, şagird təhsildən uzaqlaşıb yanlış istiqamətlərə yönəlib?

 

Mövzunu AzEdu.az-a şərh edən təhsil eksperti Nadir İsrafilov bildirib ki, cəmiyyətdə bu kimi halların artması narahatlıq doğurur və ciddi həyəcan siqnalı deməkdir:


 “Təəssüf ki, bu və ya bu yaşdan aşağı və yuxarı yaşda olan yeniyetmə qızların sonradan tapılmasından asılı olmayaraq itkin düşməsi birinci hal deyil. Son zamanlar belə xəbərlərə tez-tez rast gəlirik. Bir müddət əvvəl ölkəmizin bir sıra regionlarında qızların erkən yaşda ərə verilməsi və  təhsildən yayındırılması gündəm idisə, artıq zorla və ya könüllü qaçmalar daha xarakterik hal alıb. Bu kimi halların baş verməsinə münasibətimiz də heç də birmənalı deyil. Əlbəttə, daha obyektiv qiymətlə bağlı gözləntimiz yəqin ki, araşdırmalar başa çatdıqdan sonra hüquq-mühafizə orqanlarından olacaq. Bununla belə, qaçanı ittiham etmək qaçıranı həbs etmək, baş verən olayda valideyninmi, məktəbinmi daha böyük günah sahibi olmasını önə çəkmək də vəziyyətdən o qədər də uğurlu çıxış yolu deyil”.


 Ekspert yeniyetmələrin virtual aləmə ifrat dərəcədə meyl etməsinin, günün böyük hissəsini sosial şəbəkələrdə keçirməsinin bu kimi fəsadlara yol açdığına diqqət çəkib:


 “Valideynin və ya məktəbin bu kimi hallara qarşı mübarizədə üzərinə düşən yük nə dərəcədə böyük olsa da, onların yaranmış vəziyyətdən çıxış yolu tapmasında acizliyi artıq bir reallığa çevrilib. Çünki məsələ hədəqəsindən çıxıb, cəmiyyətin ümumi məsələsinə, əslində bir növ sosial problemə çevrilib. Virtual aləmə ifrat dərəcədə meylimiz, günümüzün demək olar ki, böyük hissəsini sosial şəbəkələrdə keçirməyimiz bu kimi vəziyyətləri qaçılmaz edib. "İnsan özünə əyləncə və məşğuliyyət tapa bilməyəndə, başqalarını əyləndirməyə başlayır" deyimi artıq öz yerini tutub. Biz bu gün belə “əyləncələrlə”, əylənmək məcburiyyətində qalmışıq”.


N.İsrafilov hadisənin digər səbəbləri kimi sosial platformalardakı yazışmaları və telekanallarda yayımlanan şou xarakterli bayağı evlilik proqramlarını göstərib:


 


“TikTok platformasında foto paylaşanda, yazışmalar aparanda, tanışlıq verəndə nəticəsi də bu olmalıydı. Bir sıra TV-lərin şou xarakterli ucuz və bayağı, milləti alçaldan və təhqir edən, əksəriyyəti təngə gətirən evlilik proqramlarında ailə qalmaqallarının təqdim edilməsi də bu qəbildən olan səbəblərdir. Qaçan və yaxud qaçırılan qızın Xaçmazda tapılması, buna qədər isə anasının övladının Cəllilabad sakini ilə qaçmasını bildirməsi baş verən hadisənin xarakterini bir qədər dəyişdirir. Başqa sözlə, ailənin qızın planlarından xəbəri varmış. Bu, artıq hüquq-mühafizə orqalarının səlahiyyətinə aid olan məsələdir”.


 Müsahibimiz vəziyyətdən çıxış yolunu əsasən məktəb, ailə və cəmiyyətin birgə səylərində gördüyünü qeyd edib.


“Dünyanın bir çox ölkələrində TikTok platformasına qadağa qoyulub və bu kimi qadağalar davam etməkdədir. Məktəb və valideynin əlindən gələn isə o ola bilər ki, imkanları daxilində yeniyetmə və gəncləri sosial şəbəkə asılılığından təcrid etmək üçün əməli tədbirlər həyata keçirsinlər. Eyni zamanda, uşaqlara və yetirmələrə onların əsas vəzifələrinin oxumaq, təhsillərini başa vurmaq, özlərinə müəyyən karyera qurmağın vacibliyini anlatsınldar. Bu günümüzdə yeniyetmə və gənclərimizdə “dinləyib-anlama” bacarıqlarının inkişaf etdirilməsi onların indiki və gələcək həyatı üçün zəruri şərtlərdən biri kimi ön plana çəkilməlidir...”.


 Ekspert son olaraq onu da qeyd edib ki, yaxşı ata-ananın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz.


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

"Həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır"..Təhsildən kənar qalan qızlar

"Həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır"..Təhsildən kənar qalan qızlar

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

12 yaşlı şagirdini 33 yaşlı oğluna alan sinif rəhbəri -“Filankəsin qızı ərə getdi, mənimki niyə evdə qalsın?”

12 yaşlı şagirdini 33 yaşlı oğluna alan sinif rəhbəri -“Filankəsin qızı ərə getdi, mənimki niyə evdə qalsın?”

Bakı kəndlərində məktəbi 3-cü sinifdən tərk edən qızlar var

Bakı kəndlərində məktəbi 3-cü sinifdən tərk edən qızlar var

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Dünyada olduğu kimi, Azərbaycanda da qızların təhsildən yayınma hallarına heç də az rast gəlinmir.

Dünyada olduğu kimi, Azərbaycanda da qızların təhsildən yayınma hallarına heç də az rast gəlinmir.

Nadir İsrafilov : Təhsil Nazirliyi əsas yükü öz üzərinə götürməli...

Nadir İsrafilov : Təhsil Nazirliyi əsas yükü öz üzərinə götürməli...

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Pedaqoqlar ayağa qalxdı-“Qızlarımızı ər evinə yox təhsilə yönəldək”

Pedaqoqlar ayağa qalxdı-“Qızlarımızı ər evinə yox təhsilə yönəldək”

Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edirlər? – Psixoloqlardan həyəcan siqnalı

Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edirlər? – Psixoloqlardan həyəcan siqnalı

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

“Təhsilə vurulan zərbə”, “haram pul alan müəllim”, “pis gündə olan tələbə” haqqında söhbət

“Təhsilə vurulan zərbə”, “haram pul alan müəllim”, “pis gündə olan tələbə” haqqında söhbət

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir