AzTehsil.com
RU


Xəbərlər
12 fevral 2023
683


“Ali təhsil haqqında” qanun bir ildir qəbul olunmur - SƏBƏB




Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planına “Ali təhsil haqqında” qanun layihəsi daxil edilib. Layihə artıq 3-cü sessiyadır işlər planına salınsa da, müzakirəsi və qəbulu ən çox gecikən layihələrdən birinə çevrilib. Qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb, işçi qrupunun iştirakı ilə parlamentin Elm və təhsil komitəsində dəfələrlə müzakirə edilib, lakin plenar iclasda müzakirəsi gerçəkləşməyib.


Bəs maraqlıdır, qanun layihəsinin müzakirəsini gecikdirən səbəb nədir?


Bu barədə Oxu.Az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsini və qəbulunu gecikdirən tərəf Milli Məclis deyil. Deputat aidiyyəti qurumlara, o cümlədən Elm və Təhsil Nazirliyinə müraciət edərək, prosesi tezləşdirməyə çağırıb:


“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb və bir neçə dəfə iclaslarda müzakirəyə çıxarılıb, müvafiq qurumların, universitetlərin, təşkilatların da rəyləri alınıb. Qanun layihəsi tam hazırdır və qaydasındadır. Hesab edirəm ki, artıq plenar iclaslarda müzakirəyə çıxarıla bilər. Sənədin qəbulunun gecikməsində məsuliyyət aidiyyəti qurumların üzərinə düşür. “Ali təhsil haqqında” qanun layihəsinin qəbul edilməsində Elm və Təhsil Nazirliyi də maraqlı olmalıdır. Bu sessiyada mütləq şəkildə layihənin Milli Məclisin plenar iclasına çıxarılması, müzakirəsi və qəbuluna nail olmalıyıq. Hesab edirəm ki, Milli Məclis üzərinə düşən işləri görüb və yerinə yetirib. Digər qurumlar sənədə baxıb, rəylərini verib, prosesi tezləşdirməlidirlər”.


Ceyhun Məmmədov qeyd edib ki, “Ali təhsil haqqında” qanun layihəsində universitetlərin statusu, diplomların tanınması, distant təhsil, sosial yataqxanalar, ikili diplomlar, doktorantura səviyyəsinin birmərhələli olması, tələbələrin köçürülməsinin yeni qaydaları və s. haqqında vacib məsələlər yer alıb:


“Qanunun qəbulu da təhsilimizin inkişafına, daha da güclənməsinə töhfəsini verəcək, təhsilimizi daha da inkişaf etdirəcək. Azərbaycan universitetlərində bir çox məsələlər var ki, həllini gözləyir, buna nail olmalıyıq”.




Загрузка...
Həmçinin oxuyun:
"Məktəb Parlamenti” nin    Əsasnaməsi  ( lahiyə )

"Məktəb Parlamenti” nin Əsasnaməsi ( lahiyə )

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar