Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub
Noyabrın 30-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə bir qrup təhsil işçisinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.
Tədbirdən əvvəl elm və təhsil naziri Emin Əmrullayev, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib. Elm və təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə, beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiklərinə görə 133 nəfər təhsil işçisinə dövlət təltiflərinin verildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, həmin sərəncamlara əsasən 54 nəfər “Əməkdar müəllim” fəxri adına, 79 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.
Ümumilikdə 4500-dək təhsil işçisinin müstəqillik illərində dövlət təltiflərinə layiq görüldüyünü xatırladan nazir bu təltiflərin müəllim əməyinə verilən ən yüksək dəyər olduğunu diqqətə çatdırıb və təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təhsil işçiləri adından minnətdarlığını bildirib. Emin Əmrullayev Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikasiyası, bilik və bacarıqlarına görə müəllimlərin əməkhaqqının diferensiallaşması istiqamətində görülən işlərdən də danışıb.
Çıxışının sonunda nazir dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda təhsil işçilərinə dövlət təltifləri təqdim olunub.
Təltif olunanlar


Paytaxt təhsili 2021-ci təqvim ilində

Uğurlu təhsil islahatlarının banisi

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Birincilərin birincisi

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Pedaqoji Lüğət

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Sual:Evdə təhsil necə təşkil olunur?

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür