Xəbərlər / Müəllim
07 dekabr 2021
954

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Dekabrın 7-də Bakı şəhəri 20 nömrəli məktəb-liseydə bir qrup təhsil işçilərinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.

Təhsil Nazirliyindən  bildirilib ki, tədbirdən əvvəl təhsil naziri Emin Əmrullayev, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb.

Tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra təhsil naziri Emin Əmrullayev çıxış edərək fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib. Təhsil naziri Prezident İlham Əliyevin 5 oktyabr 2021-ci il tarixli sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 155 təhsil işçisinə dövlət təltiflərinin verildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, həmin sərəncamlara əsasən, 71 nəfər “Əməkdar müəllim” fəxri adına, 4 nəfər 3-cü dərəcəli “Əmək” ordeninə, 80 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.

Dövlət başçısının təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğını xüsusi qeyd edən Emin Əmrullayev son illərdə müəllim peşəsinə marağın artdığını, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri vurğulayıb. Nazir, həmçinin 44 günlük Vətən müharibəsində təhsil işçilərinin danılmaz xidmətlərini qeyd edib.

Təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilir

UNEC əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Azərbaycan Dövlət Pedaqoji Kollecinin 100 illiyi qeyd olunub

Universitet əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Təhsil naziri Türkiyənin Ali Təhsil Şurası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə dövlət təltiflərinin təqdimetmə mərasimi

Bakı məktəblərində akademik Zərifə Əliyevanın 95 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib

Təhsil işçilərinin respublika konfransı davam edir

Dövlət təltifləri təqdim olunub

Dövlət təltifləri təqdim olunub

İctimai Şuranın sədri Şahlar Əsgərova nazirliyin “Fəxri Fərman”ı təqdim edilib

Azərbaycan tələbə-könüllülərinin Forumu

Azərbaycan tələbə-könüllülərinin Forumu

Təhsil işçilərinə təltiflər təqdim edilib

Müəllimlər mükafatlandırıldı

Müəllimlər mükafatlandırıldı

Təhsil naziri: Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi vacibdir

Təhsil naziri Naxçıvanda səfərdədir

Təhsil naziri Naxçıvanda səfərdədir

Təhsil naziri UFAZ-ın məzunlarına diplomları təqdim edib

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb

BANM Heydər Əliyevin xatirəsini yad etdi

Ermənilərin dağıtdığı tarixi məktəbdə tanınmış azərbaycanlı ziyalılar müəllimlik edib -Emin Əmrullayev

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir