AzTehsil.com


Xəbərlər / Ekspert / Müəllim
10 noyabr 2022
773


Nadir İsrafilov: “Hərənin zəngləri bir hava çalan məktəblərimiz var.




“Tənəffüs müddətinin artırılması hələ ki, o qədər də real görünmür və buna heç ehtiyac da duyulmur.”


Hər şeydən əvvəl onu qeyd edim ki, təhsillə bağlı gündəmə gətirilən elə bir məsələ yoxdur ki, hamı tərəfindən birmənalı qarşılansın, müzakirə,  mübahisə predmetinə çevrilməsin, polemikalara səbəb olmasın, özünə müəyyən sayda tərəfdar və əleyhdar tapmasın. Bu da təbiidir. Çünki, qaldırılan istənilən konkret məsələdə maraqlı tərəflərin hər birinin öz fərdi düşüncəsi, şəxsi maraq dairəsi və özünə məxsus yanaşma tərzi var. Bu mənada tənəffüslərin vaxtının artırılması ilə bağlı məsələdə də tənəffüs müddətinin azlığından giley-güzar edənlərin, bununla bağlı dünya təcrübəsinə istinad edənlərin olacağı istisna olunmur.


O ki, qaldı mənim subyektiv mövqeyimə, ilk növbədə özümüzə sual verməliyik ki, bu əlavə iki və ya 5 dəqiqələrdən yığılan əlavə 10-15 dəqiqələr bizə nə verəcək?  Yox, əgər tənəffüs vaxtlarının müddətini  məktəb direktorları müəyyən edəcəksə, onda ümumi təhsilin yuxarı ali idarəetmə orqanının təlimatları, qaydaları tövsiyələri nəyə xidmət edir?  Bir yandan növbəti dərs ilindən orta məktəblərdə yeni şagird davranış qaydaları tətbiq ediləcəyi ilə bağlı standartlar müəyyənləşdiririk, “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” layihələri hazırlayırıq, digər tərəfdən uzun illərdən bəri oturuşmuş standartları dəyişdirmək fikrinə düşürük.


Mən məktəb direktorlarına müəyyən səlahiyyətlər verilməsinin əleyhinə deyiləm, əksinə onların səlahiyyətlərinin daha da artırılmasının tərəfdarıyam. Bununla belə bu məsələdə hər hansı bir zərurətə eytiyac görmürəm. Tənəffüs vaxtının müddəti ilə bağlı hər hansı bir kütləvi narazılıq və şikayətə də rast gəlməmişəm. Bizim təhsilimizin uzun illərdən bəri yığılmış və təhsilin keyfiyyətini şərtləndirən amillər, ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurətinin yaranması ilə əlaqədar həllini gözləyən xeyli problemləri var. 


Məsələn, götürək elə kurikulumları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi, təhsil alanlarla təhsil verənlər üçün xeyli  əlavə problemlər yaratdı. Əsas diqqəti  bu kimi həlli vacib məsələlərə yönəltməliyik. Nazirin də son beynəlxalq tədbirdə çıxışı zamanı qeyd etdiyi kimi kurikulumlarla bağlı islahatlar aparılmalı və bunun vasitəsilə araşdırma kampaniyasını icra etməliyik.


Bəlkə də təhsilimizin daha sürətli,  davamlı və dayanıqlı inkişafana mane olan əsas səbəblərdən biri elə təhsilimizlə bağlı qayda və qanunları tez-tez dəyişməklə təhsil  sistemimizi oturuşmağa qoymamağımızdır. Təhsil sistemi oturuşmalıdır. 5, 10 dəqiqəlik  kiçik və böyük tənəffüslər məktəbin oturuşmuş elementlərindən biridir. Hansısa məktəbin tənəffüs müddətini uzatması,  digər məktəbin valideynlərində, şagird və müəllim kolektivində narazılıq xarakterli sual doğuracaq ki, niyə filan məktəbdə tənəffüs müddəti uzadılıb, bizdə yox? O da danılmaz faktdır ki, məktəblərdə baş verən bir çox xoşagəlməz halların baş verməsi əsasən tənəffüs vaxtlarına təsadüf edir.  Çoxlarımız bir müddət əvvəl məktəblərimizin birində məhz tənəffüs vaxtı bir şagirdin digər şagirdi vəhşicəsinə döyməsinin şahidiyik. Bəlkə də tənəffüs bir az  da uzansaydı, həmin şagird yarımcan olacaqdı.

Bir də ki, elə məktəblərimiz var ki, hərənin tənəffüs zəngləri bir hava çalır. Elə məktəblərimiz də vr ki, zəngləri hələ də dəmirlə çalınır. Bu barədə düşünməliyik. Məktəblərə isə hansı səlahiyyətlərin verilməsi tamam başqa söhbətin mövzusudur. İşdir əgər, tənəffüs vaxtının artırılmasında israr edənlərin say etibarı ilə  artımı müşahidə olunarsa, bunu bir neçə məktəbdə pilot şəklində sınaqdan keçirib, nəticəyönümlü müvafiq qərar qəbul etmək olar. Ən yaxşı halda isə, məsləhət bilinən artımı böyük tənəffüsə əlavə etmək daha məqsədəuyğun hesab edilə bilər.  Bunun üçün isə ilk olaraq bütün məktəblərdə dərslərin bir növbəli olması  təmin olunmalıdır ki, ikinci növbədəkilər evə vaxtında gələ bilsinlər.  Bir də ki,  digər fəsadlar hələ bir yana, Nazirin də xüsusi olaraq vurğuladığı kimi “Tənəffüsləri 5 dəqiqə artırdığımız zaman qidalanma problemi yaşanacaq. Yəni, uşaqlar səhər saat 8-də yemək yeyib məktəbə gəlir, günortaya kimi dərsi yekunlaşdırıb nahar üçün  evə getməlidir.” Tənəffüs müddətinin artırılması hələ ki, o qədər də real görünmür və buna ehtiyac da duyulmur.





Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Əmək Məcəlləsindən çıxarış  IV bölmə   İş vaxtı

Əmək Məcəlləsindən çıxarış IV bölmə İş vaxtı

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Fərdi Təlim ,Yanaşma Və Uşaqların Təhsili

Fərdi Təlim ,Yanaşma Və Uşaqların Təhsili

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Hərənin öz tarixi, və yaxud şagirdlərə tarixi müxtəlif ölkələrdə necə çatdırırlar?

Hərənin öz tarixi, və yaxud şagirdlərə tarixi müxtəlif ölkələrdə necə çatdırırlar?

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Metodbirləşmələr

Metodbirləşmələr

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk