AzTehsil.com


Xəbərlər / İlk peşə təhsili
23 aprel 2022
1 622


“Kitaba malik olmamaq, əqli yoxsulluğun ən yüksək dərəcəsidir”




”Region müəlliminin adi bir jesti bizi uşaqlıqdan  kitabları “su kimi içməyə” alışdırdı.”


Nadir müəllim, 23 Aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ərəfəsində Ən gözəl vaxtlarım-vaxtım olmayan vaxtlarımdır” adlı yeni kitabınız işıq üzü görüb. Bu barədə zəhmət olmasa…

 

-Kitab deyəndə ki, bu əslində kitab halına salınmış foto-albomdur. Yoldaşlar bunu 70 illiyimlə bağlı mənə  hədiyyə ediblər. Baxmayaraq ki, beş kitabım çıxıb, bunlardn sonradan xəbər tutmuşam. Çünki, mənim kitab yazmağa nə həvəsim olub, ən başlıcası isə nə də vaxtım. Bu kitablar ayrı-ayrı vaxtlarda müxtəlif mətbuat səhifələrində mənim xatirə xarakterli yazı və müsahibələrim əsasında dostlarım tərəfindən tərtib edilərək, nəşr etdirilib. Buna görə fürsətdən istifadə edərək, qədirbilən dostlarıma dərin minnətdarlığımı və səmimi təşəkkürümü bildirirəm. Yoldaşlar hətta kitabın təqdimat mərasimini keçirməyi də planlaşdırıblar. Mən hələ ki, kitabın ilkin nüsxəsini görmüşəm. Kitabda mənim son 10-15 illik təhsil fəaliyyətimin müəyyən hissəsini əks etdirən müxtəlif bölmələr üzrə 450-yə yaxın foto yrləşdirilib. Həmin fotolar ayrı-ayrı KİV vasitələrindən götürülərək, qruplaşdırılıb və foto-albom halına salınıb. Təhsilimizin inkişaf tarixində iştirak edən, mənimlə əlaqəli yüzlərlə insan burada özünü görə bilər.

 

-Bir halda ki, kitabdan söz düşdü, kitaba münasibətiniz necədir, ümumiyyətlə kitab sizin üçün nədir?



Antik dövrlərdən üzü bu yana bu qədər dahilərin, klassiklərin dediklərinin yanında mən kiməm ki, kitab barədə nəsə bir yeni fikir söyləyim. XİV əsrin mütəfəkkirlərindən olan, intibah dövrün ən parlaq nümayəndələrindən biri sayılan Françesko Petrarka “Kitaba malik olmamaq, əqli yoxsulluğun ən yüksək dərəcəsidir” ifadəsi ilə əslində hər şeyi demiş olub. Bir də ki, təkcə orta məktəb illərində Andersenin, Qrim qardaşlarının nağıllarından tutmuş, Teodor Drayzerin, Fyodor Dostoyevskinin romanlarına qədər 3500 kitab oxumuş bir adamın kitaba münasibəti necə ola bilər...? Hələ mən, Karl Marksın “Kapital”ını Fridrix Engelsin Karl Marksla birgə yazdıqları  “Kommunist Partiyasının manifesti”ni, Şarl Furyenin, Robert Ouenin, David Rikardonun nəzəriyyələrini, Tomas Morun “Utopiya”sını, Vladimir Leninin “Nədən başlamalı”dan “Nə etməli”yə qədər olan 55 cildlik toplusunu demirəm.

 

-3500 kitab oxumusuz dediniz. Belə dəqiq rəqəm hardan yadınızda qalıb?

 

-3500 deyil, bəlkə də 5000-dir. Ancaq, 3500 dəqiqdir. Çünki, bunların uçotuna dair məndə adlı siyahılar bu gün də durur. Ali məktəbə daxil olduqdan və aspirantura təhsilinə baş vurduqdan sonra uçot aparmaq imkalarım olmayıb.

 

- Kitaba olan belə maraq, kitab oxumağa olan həvəsin nədən qaynaqlandığı əgər sirr deyilsə bəlkə...? 

 

-Sirr niyə olur ki... Hansısa müsahibəmdə və ya kitabımın hansısa bir bölməsində bununla bağlı bəzi məqamlara toxunmuşam.

 

İbtidai təhsil pilləsini başa vurub, o vaxtlar əsas təhsil adlandırlan təhsilin ikinci pilləsinə – V sinfə qədəm qoymuşduq. Bizə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən orta yaşlı bir qadn müəllimə sinfə daxil olaraq, sanki salam verməyi belə unutmuş kimi, yazı lövhəsinin qarşısına keçdi. Ara-sıra fasilələr verməklə, müəyyən cizgilər çəkib, 5 qrafadan ibarət bir cədvəli nəhayət, tamamladı. Cədvəl sadə olduğu qədər də maraqlı və diqqətçəkən idi: 1.Sıra nömrəsi; 2.Əsərin adı; 3.Əsərin janrı; 4. əsərin müəllifi; 5.Əsərin qəhrəmanı. Üzünü bizə tutub, hər birimizə 44 vərəqli ümumi dəftər alıb, həmin cədvəli dəftərə köçürməyi, oxuduğumuz və bundan sonra oxuyacağımız kitabları müvafiq qayda üzrə qrafalara doldurmağı və ilin sonunda bunu qiymətləndirəcəyini tapşırdı. 

 

Sıradan olan bir rayon müəlliminin adi və sadə görünən bir “taktiki gedişi” bizi böyük ”strateji hədəflərə” meyl etməyə sövq etdi. Birinciliyi qazanmaq üçün “Kim ən çox kitab oxuyar” yarışına qoşulduq. Məktəb kitabxanasında oxumadığımız kitab qalmadı. Rayondakı böyük konserv zavodunun kitabxanasına üz tutduq, mərkəzi şəhər kitabxanasına üzv yazıldıq. Valideynlərimizin böyük tənəffüslərdə bulka və limonad almaq üçün verdikləri 20-30 qəpiyə qənaət edərək, bu qəpik-quruşu kitaba verdik. 

 

Qrim qardaşları və Andersenin nağılları ilə başlayıb, Fyodor Dostoyevski və Teodor Drayzerin klassik ədəbi irsi ilə tanışlıqla, 11-ci sinfi bitirdik.  Azərbaycan ədəbiyyatı öz yerində, artıq Cek Londonu, Viktor Hüqonu və Aleksandr Dümanı, hətta Onore de Balzakı, Şarlotta Bronteni, Gi de Mopassanı belə oxumuşduq. Orta məktəbdən xatirə kimi, doldurulmuş beş 44 vərəqlik ümumi dəftər bu gün də durur. Mark Tvenin bir sözü var: “ Mənim kitablarım – su; dahilərin kitabları – şərab. Suyu hər kəs içir.” Region müəlliminin adi stimullaşdırıcı bir metodu bizi uşaqlıqdan  kitabları su kimi, sonralar isə artıq şərab kimi içməyə alışdırdı. İllər keçdikcə bir daha şahidi olursan ki, müəllim təkcə dərs deyən deyil,  həm də dərs verəndir.

 

-Əvvəlki dövrlə müqayisədə kitaba olan marağın azlmasını nə ilə izah edərdiz?

 

Dövr dəyişib, yüksək texnologiyalar əsrində yaşayırıq. onlayn və ya offlayn rejimdə kompüter, planşet, mobil telefon diktəsinin əsiriyik. Ancaq, istəsək də, istəməsək də, müasir dünyanın böyük mütəfəkkirlərindən sayılan Umberto Eko ilə də razılaşmalıyıq: “Oxumaq üçün hansısa informasiya daşıyıcısı lazımdır. Bu, təkcə kompüter ola bilməz. Cəhd edib bir saat hansısa romanı ekrandan oxuyun. Gözləriniz tennis topuna çevrilə bilər”.

 

Orta məktəbdə təhsil aldığımız illərdə onlarla müəllim bizə dərs deyib,  lakin hər birindən lazimi dərsi ala bilməmişik, sadəcə onun tədis etdiyi fənni üzrə proqram materialını az-çox mənimsəməyə çalışmışıq. Elə müəllimlərimiz də olub ki, onlar bizə təkcə bilik, savad deyil, həm də həyat dərsi veriblər, yaxşını pisdən, düzü əyridən, həqiqəti yalandan ayırmağı öyrədiblər. 

 

Amerikan filosofu və yazıçısı Henri Devid Toronun “Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar”  Bu gün uşaqlarımıza məhz bu fikri aşılamalıyıq.

 

Davamı var.




Загрузка...
Həmçinin oxuyun:
Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub

Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub

“Nobel” mükafatı qazanmağı hədəfləyən azərbaycanlı gəncin adı kitaba düşdü - FOTO

“Nobel” mükafatı qazanmağı hədəfləyən azərbaycanlı gəncin adı kitaba düşdü - FOTO

Müəllifdən “Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitabla bağlı AÇIQLAMA

Müəllifdən “Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitabla bağlı AÇIQLAMA

Metroda kitab oxuyanlara hədiyyə qazanmaq şansı -Bunu etsəniz...

Metroda kitab oxuyanlara hədiyyə qazanmaq şansı -Bunu etsəniz...

Nadir İsrafilov: Biz  sinif və qrup yoldaşlarımıza onların doğum gününündə ən qiymətli hədiyyə olaraq kitab bağışlayırdıq.

Nadir İsrafilov: Biz sinif və qrup yoldaşlarımıza onların doğum gününündə ən qiymətli hədiyyə olaraq kitab bağışlayırdıq.

“Nobel” mükafatı qazanmağı hədəfləyən azərbaycanlı gəncin adı kitaba düşdü

“Nobel” mükafatı qazanmağı hədəfləyən azərbaycanlı gəncin adı kitaba düşdü

Cinlər tərəfindən yazılan kitab- Dünyada cəmi bir nüsxəsi var

Cinlər tərəfindən yazılan kitab- Dünyada cəmi bir nüsxəsi var

Nadir Israfilov: “İllər keçdikcə bir daha şahidi olursan ki…”

Nadir Israfilov: “İllər keçdikcə bir daha şahidi olursan ki…”

Tarix Muzeyində Elm Gününə həsr olunan kitab sərgisi

Tarix Muzeyində Elm Gününə həsr olunan kitab sərgisi

Kitab təqdimatı keçirilib -FOTO

Kitab təqdimatı keçirilib -FOTO

Kitab oxumaq sizə nələr qazandırır?

Kitab oxumaq sizə nələr qazandırır?

Sumqayıtda məktəb direktorları üçün vacib stolüstü kitab

Sumqayıtda məktəb direktorları üçün vacib stolüstü kitab

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı  kitab  çap olundu

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı kitab çap olundu

Kitab üzərindən açılan dünya...

Kitab üzərindən açılan dünya...

“Oxu günü” tədbiri keçiriləcək

“Oxu günü” tədbiri keçiriləcək

Su keçirməyən və 4G-yə qoşulan elektron kitab

Su keçirməyən və 4G-yə qoşulan elektron kitab

Kitabları atmayın! - İNCƏ BAXIŞ

Kitabları atmayın! - İNCƏ BAXIŞ

Mən hüquq müdafiəçisi deyiləm:“Təki, bütün oğurluq hadisələri, digər ehtiyaclardan deyil, kitaba olan təlabatdan baş verəydi...”

Mən hüquq müdafiəçisi deyiləm:“Təki, bütün oğurluq hadisələri, digər ehtiyaclardan deyil, kitaba olan təlabatdan baş verəydi...”

AzMİU professorunun Almaniyada monoqrafiyası işıq üzü görüb

AzMİU professorunun Almaniyada monoqrafiyası işıq üzü görüb

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO