AzTehsil.com


Xəbərlər
15 fevral 2022
2 533


Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə dillər üzrə ümumavropa çərçivə sənədi Azərbaycan dilinə tərcümə edilib.




Dövlət İmtahan Mərkəzinin Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində Mərkəzin təşkilatçılığı ilə dillər üzrə ümumavropa çərçivə sənədi (CEFR) Azərbaycan dilinə tərcümə edilib.

Dillər üzrə ümumavropa çərçivə sənədi dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi üçün alətlərin hazırlanmasında istifadə olunur


Bu layihə CEFR (The Common European Framework of Reference for Languages – dillər üzrə ümumavropa çərçivə sənədi) sənədinin Azərbaycan dilinə tərcüməsi, eyni zamanda Azərbaycan dili və ölkədə tədris edilən xarici dillərin tədrisi və qiymətləndirilməsinin CEFR sənədi əsasında təkmilləşdirilməsi və ictimaiyyətdə bu sənədin əhəmiyyəti haqqında məlumatlılığın artırılması məqsədi daşıyır.


Avropa Şurasının müvafiq strukturu tərəfindən hazırlanmış dillər üzrə ümumavropa çərçivə sənədi dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi üçün alətlərin hazırlanmasında istifadə olunur. CEFR-ə əsasən dil üzrə bilik və bacarıqlar A1-C2 arası 6 səviyyədə qruplaşdırılır:


 


A1 – A2 (aşağı səviyyə);

B1 – B2 (orta səviyyə);

C1 – C2 (yuxarı səviyyə).

 


CEFR sənədi xarici dil öyrənənlərin biliyinin standart bir şəkildə qiymətləndirilməsinə, valid və obyektiv yoxlama-ölçmə alətlərinin hazırlanlanmasına və dil üzrə bilik və bacarıqların müqayisə olunmasına şərait yaradır.


Sənədin Azərbaycan dilinə tərcümə edilməsi mövcud dil (Azərbaycan dili və xarici dillər) proqramlarının təkmilləşdirilməsi, qiymətləndirmə standartlarının beynəlxalq çərçivə sənədi əsasında tərtib olunması və müqayisə edilməsinə, həmçinin tədris prosesinin təsbit olunmuş dil standartları əsasında təşkil olunmasına xidmət edəcək.


DİM tərəfindən keçirilən imtahanlar Azərbaycan dili və xarici dil blokunun CEFR-in müvafiq səviyyələrinə uyğunlaşdırılması istiqamətində də tədbirlər görülür. Bu tədbirlər həm 9-cu və 11-ci sinif buraxılış imtahanları, qəbul imtahanları, doktoranturaya və diplomatik xidmətə qəbul imtahanlarının xarici dil blokunu, həm də dövlət qulluğuna qəbul prosesində xarici dil biliklərinə verilən tələbləri əhatə edir.


Qeyd edək ki, DİM CEFR sənədinin ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi layihəsini həyata keçirmək üçün Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə 2020‑ci ilin mart ayında əməkdaşlıq sazişi imzalayıb və sənədin tərcüməsi 2021-ci ildə yekunlaşıb. Bundan başqa, DİM hazırda ölkəmizin ümumtəhsil məktəblərində xarici dillərin tədrisinin beynəlxalq standartlar əsasında həyata keçirilməsi məqsədilə ABŞ-ın Azərbaycandakı Səfirliyinin ekspert dəstəyi ilə Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Xarici dil üzrə fənn kurikulumu, dərsliklər və qiymətləndirmə vəsaitlərinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihəsi üzrə də işləri davam etdirir.




Загрузка...
Həmçinin oxuyun:
Ali təhsilli gənclərin xarici dillər, əcnəbilərin azərbaycanca danışma bacarıqları üzrə imtahan keçirilib

Ali təhsilli gənclərin xarici dillər, əcnəbilərin azərbaycanca danışma bacarıqları üzrə imtahan keçirilib

“Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsinin icrasına start verilib

“Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsinin icrasına start verilib

Dövlət İmtahan Mərkəzində ilk ТРКИ imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində ilk ТРКИ imtahanı keçirilib

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərin nəzərinə

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərin nəzərinə

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid balının yüksək olması narazılıq yaradıb

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid balının yüksək olması narazılıq yaradıb

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!

DİM ingilis dilindən biliyin qiymətləndirilməsi üzrə işçi axtarır

DİM ingilis dilindən biliyin qiymətləndirilməsi üzrə işçi axtarır

DİM təlimlərə iştirakçı qəbulu elan edir

DİM təlimlərə iştirakçı qəbulu elan edir

“Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramına iştirakşçı qəbulu

“Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramına iştirakşçı qəbulu

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Bu halda ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir

Bu halda ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir

DİM doktorantura və fəlsəfə doktoru səviyyəsinə müsabiqə elan edir

DİM doktorantura və fəlsəfə doktoru səviyyəsinə müsabiqə elan edir

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Müəllim işləmək üçün imtahan verən şəxslərdən COVID-19 sənədi tələb olunmayacaq

Müəllim işləmək üçün imtahan verən şəxslərdən COVID-19 sənədi tələb olunmayacaq

Koreyalı tələbələr Azərbaycan Dillər Universitetində

Koreyalı tələbələr Azərbaycan Dillər Universitetində

Kamran Əsədov: Müsabiqədən kənar qəbul olmaq istəyən kollec məzunları bəzi ixtisasları seçə bilməyəcək

Kamran Əsədov: Müsabiqədən kənar qəbul olmaq istəyən kollec məzunları bəzi ixtisasları seçə bilməyəcək

Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır

Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı keçiriləcək

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı keçiriləcək

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbuluna başlanılır

Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbuluna başlanılır

Təhsil Nazirliyi xaricdə oxuyan 930 tələbinin sənədi tanınmadı

Təhsil Nazirliyi xaricdə oxuyan 930 tələbinin sənədi tanınmadı

Alim fəlakət risklərinin azaldılması üzrə iclasın iştirakçısı olub

Alim fəlakət risklərinin azaldılması üzrə iclasın iştirakçısı olub