AzTehsil.com


Xəbərlər / İlk peşə təhsili
23 sentyabr 2020
2 195


Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbuluna başlanılır



 

Sentyabrın 23-dən 2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır.


Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.


Müsabiqə ümumi təhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılır.


Sözügedən müsabiqə üzrə müraciətlərin qeydiyyatı isheqebul.vet.edu.az elektron müraciət portalı vasitəsilə həyata keçirilir.


Portal vakant olaraq müsabiqəyə çıxarılmış yerlərə elektron qaydada müraciət etmək, müvafiq sənədləri yükləmək, həmçinin müsabiqə mərhələsinə dəvət ilə bağlı məlumatlandırma baxımından nəzərdə tutulub. Elektron müraciət mərhələsi 1 oktyabr tarixinədək davam edəcək.


Aşağıda göstərilən meyarlar üzrə tələblərə cavab verən şəxslərin sözügedən müvafiq vakansiyalara müraciət etmək imkanı var:


- Ümumtəhsil fənn müəllimi - Orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji  ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər;


- İxtisas müəllimi (müxtəlif ixtisaslar üzrə əsasən nəzəri modul və fənləri tədrisi) - Orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər;


- İstehsalat təlim ustası (praktiki dərslərin tədrisi) - Orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə üç ildən az olmayan əmək stajına malik şəxslər.


Müsabiqənin növbəti müsahibə mərhələsinin 7-17 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulur.


Qeyd edək ki, müsabiqədə seçim zamanı müvafiq vakansiyalar üzrə namizədin MİQ və diaqnostik balı nəzərə alınacaq. Namizədə müsahibədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin,  həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar yönəldiləcək.


Müsahibəni uğurla başa vurmuş namizədlər müraciət etdiyi vakansiya üzrə işlə təmin ediləcək. Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilib.




Загрузка...
Həmçinin oxuyun:
Peşə təhsili müəssisələrində işləmək istəyənlərin nəzərinə

Peşə təhsili müəssisələrində işləmək istəyənlərin nəzərinə

Bu fənn müəllimlərinin işə qəbulu üzrə müsabiqə başladı – Nazirlikdən AÇIQLAMA

Bu fənn müəllimlərinin işə qəbulu üzrə müsabiqə başladı – Nazirlikdən AÇIQLAMA

Müsabiqənin ikinci günü

Müsabiqənin ikinci günü

MİQ üzrə müsabiqənin növbəti günü

MİQ üzrə müsabiqənin növbəti günü

İyunun sonundan müəllimlərin işə qəbuluna start verilir

İyunun sonundan müəllimlərin işə qəbuluna start verilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

Müəllimlərin işə qəbulu başladı

Müəllimlərin işə qəbulu başladı

MİQ həyəcanı davam edir

MİQ həyəcanı davam edir

Bu təhsil müəssisələrində işləmək istəyənlər NƏZƏRİNƏ! - Sənəd qəbulu başladı

Bu təhsil müəssisələrində işləmək istəyənlər NƏZƏRİNƏ! - Sənəd qəbulu başladı

Elektron ərizələrin qəbulu başlayır.

Elektron ərizələrin qəbulu başlayır.

Bu fənlərin biliciləri sınanır-MİQ həyəcanı

Bu fənlərin biliciləri sınanır-MİQ həyəcanı

MİQ üçün qeydiyyat sabah başa çatacaq

MİQ üçün qeydiyyat sabah başa çatacaq

Qeydiyyat başladı - Müəllimlər üçün növbəti şans

Qeydiyyat başladı - Müəllimlər üçün növbəti şans

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulu üzrə müsabiqəyə start verilir

Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulu üzrə müsabiqəyə start verilir

Vakant müəllim yeri ən çox bu ixtisasadır - NAZİRLİK

Vakant müəllim yeri ən çox bu ixtisasadır - NAZİRLİK

Təhsil Nazirliyində press brifinq

Təhsil Nazirliyində press brifinq

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimliyə namizədlər iş yeri seçir

Müəllimliyə namizədlər iş yeri seçir

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Bu il qəbulda əcnəbilər də  iştrak edəcəklər.

Bu il qəbulda əcnəbilər də iştrak edəcəklər.