Təhsil Nazirliyi xaricdə oxuyan 930 tələbinin sənədi tanınmadı
2016-cı ildə Təhsil Nazirliyi tərəfindən xaricdə təhsil alan 930 tələbinin təhsil sənədi tanınmayıb.
Bu barədə məlumat Təhsil Nazirliyinin 2016-cı ilə dair illik hesabatında yer alıb.
Hesabatda bildirilir ki, Akkreditasiya və Nostrifikasiya İdarəsi ali təhsil sənədlərinin tanınması və ekvivalentliliyinin müəyyən olunması məqsədilə 2016-cı ilin 11 ayı ərzində 2958 müraciəti (o cümlədən məzun olduqları ölkələr üzrə: Rusiya 1.090, Ukrayna 939, Türkiyə 302, Gürcüstan 123 və digər ölkələr üzrə 504) icraata qəbul edib
Hesabat dövründə idarə tərəfindən əvvəlki illərdən icrası başa çatdırılmamış ali təhsil sənədləri də daxil olmaqla, ümumilikdə 2756 sənəd üzrə emal prosesi başa çatdırılıb və onlardan 1826 təhsil sənədi müsbət (o cümlədən, məzun olduqları ölkələr üzrə: Rusiya 629, Ukrayna 389, Türkiyə 346, Gürcüstan 34 və digər ölkələr üzrə 428), 930 təhsil sənədi isə (o cümlədən məzun olduqları ölkələr üzrə: Rusiya 463, Ukrayna 356, Türkiyə 20, Gürcüstan 64 və digər ölkələr üzrə 27) mənfi cavablandırılıb.
Həmçinin 384 ali təhsil sənədinin I və II ekspert səviyyələri üzrə icrası tam başa çatdırılıb.
Dəvət olunmalarına baxmayaraq, müraciət edən şəxslər iştirak etməyib.
Aparılan təhlillər göstərir ki, icrası imtina ilə yekunlaşan ali təhsil sənədlərinin çoxunu MDB ölkələrinin məzunlarının təqdim etdiyi diplomlar təşkil edir. Həmçinin imtina səbəblərinin təhlili göstərir ki, məzunların əksəriyyəti ali təhsil müəssisəsinin tədris normativinə düzgün əməl etməmələri, tədris dili üzrə bilik səviyyələrinin aşağı olması və zəruri hallarda tədris dilində ixtisasa dair söhbətlər aparıldığı zaman ixtisas biliklərinin qənaətbəxş olmamasının aşkarlanması səbəbindən imtina alırlar.
banker.az\\