AzTehsil.com


Xəbərlər
21 dekabr 2021
907


“Sabaha bu gündən başla” layihəsi başa çatıb - FOTO




Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin qalibi olan “Sabaha bu gündən başla” layihəsi başa çatıb. Gəncə şəhər 26 saylı orta məktəb-lisey kompleksində reallaşan bağlanış tədbirində təhsilin inkişafı üçün həyata keçirilən layihələrdən, atılan addımlardan bəhs olunub.


Layihənin rəhbəri, məktəbin ingilis dili müəllimi Nəzirə Qəmbərova müasir təlim metodları və təminat proqramları ilə ərsəyə gələn layihənin müstəqil öyrənmə üsulları ilə zəngin olmasının şagirdlərin biliyə yiyələnməsi işinə dəstək olduğunu vurğulayıb. Yeni tədris metodlarından bəhrələnən layihə iştirakçılarının məntiqi düşüncələrinin, əməkdaşlıq etmək qabiliyyətlərinin və ünsiyyət qurmaq bacarıqlarının təkmilləşdiyini qeyd edib.


3 ay müddətini əhatə edən layihə əsaslı təlimlərdə şagirdlərin layihəyə fokuslandığı, müəllimin isə ona biliyini daha da dərinləşməsi üçün cığırlar açdığı, gələcəkdə ehtiyacı olacaq bacarıqların təməlini bu gündən qoyduğu bildirilib. Layihə oyun, problem əsaslı təlimin köməyi ilə müəllimin şagirdin hansı yaradıcılığa malik olduğunu aşkarlayıb və ona öhdəsindən gələ biləcəyi sualları təqdim edərək fəal bir fərdə çevirib, şagird də əməkdaşlıq qurmağı öyrənib. Bu təlim metodu vasitəsilə şagirdlər dünyanın digər yerlərindən olan məktəblilərlə də eyni mövzuda əməkdaşlıq edərək öz bilik və bacarıqlarını inkişaf etdirə biliblər. Dərslərin layihə əsaslı təlim metodu ilə qurulması şagirdləri daim fəal olmağa, axtarışlar etməyə, fikirlərini müstəqil formada ifadə etməyə, bir-biri ilə əməkdaşlıq qurmağa köməklik edib. Şagirdlər onlara verilmiş tapşırığı yerinə yetirmək üçün əvvəlcədən araşdırmalar aparaq təqdimata hazırlaşıblar.


“Sabaha bu gündən başla” layihəsinin üstünlüklərindən biri də təlimlərin ingilis dilində həyata keçirilməsi olub. Şagirdlər xarici həmyaşıdları ilə əməkdaşlıq qurmaqla və bu zaman fikirlərini ingiliscə ifadə etməklə, bu dildən yararlanmaqla şifahi və yazılı ingilis dilini mükəmməlləşdirib, baza ehtiyatını artırıblar. Şagirdlər qrammatik biliklərini, lüğət ehtiyatlarını da layihə boyu verilən tapşırıqlar əsasında dərinləşdiriblər.




Загрузка...
Həmçinin oxuyun:
“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb - FOTO

“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb - FOTO

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum olub

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum olub

“Uşaq kimi düşün” layihəsi çərçivəsində təlimlər təşkil olunacaq

“Uşaq kimi düşün” layihəsi çərçivəsində təlimlər təşkil olunacaq

Məktəb psixoloqlarının praktik bilikləri artırılır

Məktəb psixoloqlarının praktik bilikləri artırılır

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqə

Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqə

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin nəticələri açıqlandı

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin nəticələri açıqlandı

“eTwinning” layihəsi çərçivəsində regional konfrans

“eTwinning” layihəsi çərçivəsində regional konfrans

Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

Təlimçi müəllimlərə təlim keçirilib

Təlimçi müəllimlərə təlim keçirilib

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

Sinifdənxaric və dərsdənkənar məşğələlərin təşkilində Mental-Arifmetika dərnəyinin rolu

Sinifdənxaric və dərsdənkənar məşğələlərin təşkilində Mental-Arifmetika dərnəyinin rolu

Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR

Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR

“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər

“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər

“Yay məktəbi” başa çatıb

“Yay məktəbi” başa çatıb

IV qrant müsabiqəsinə 852 layihə qəbul edilib

IV qrant müsabiqəsinə 852 layihə qəbul edilib