AzTehsil.com


Xəbərlər
07 fevral 2019
3 699


“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub



“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

 

 
"İnformatika" fənninin yeni formatda tədrisi üzrə "Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub.

Fevralın 7-dən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində dərslərə başlayıb.  

Qeyd edək ki, pilot layihə Təhsil Nazirliyi tərəfindən "Algoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.

Layihənin rəhbəri Fəxri Qurbanov Biləsuvar Təhsil Kompleksində keçirilən dərslərlə tanış olub. Layihə rəhbəri qeyd edib ki, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi "Rəqəmsal bacarıqlar”a qoşulan birinci özəl məktəbdir.

Fəxri Qurbanov "Rəqəmsal bacarıqlar” layihəsinin Milli Qəhrəmanın adını daşıyan liseydə tətbiqinin Mübariz İbrahimovun doğum gününə təsadüf etdiyini bildirib, bu günün şagirdlər üçün əhəmiyyətini vurğulayıb.

Layihəyə liseyin 120 nəfər V-VI sinif şagirdi cəlb olunub. Onlara ixtisasartırma təlimlərinə cəlb olunmuş 2  informatika müəllimi tərəfindən dərs keçiriləcək.

"Rəqəmsal bacarıqlar” layihəsi 2018-2019-cu tədris ilində Baki şəhərində 65, Gəncə şəhərində 6 məktəbi və Biləsuvar rayonunda 1 özəl liseyi əhatə edib. Layihə çərçivəsində şagirdlər öz layihələrini, cizgi filmlərini və oyunlarını yarada, cari ilin sonunda isə "Rəqəmsal bacarıqlar”a qoşulan məktəblər arasında keçirilən müsabiqədə iştirak edə biləcəklər.

Layihə informatika fənninin tədrisinin təkmilləşdirilməsi yolu ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsini, onların yüksək texnoloji ixtisaslara marağının artırılmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.



Загрузка...
Həmçinin oxuyun:
Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

Bakının 8 məktəbində YENİLİK

Bakının 8 məktəbində YENİLİK

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə başlanılıb

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə başlanılıb

Bu layihə davam etdiriləcək - Təhsil nazirindən ƏMR

Bu layihə davam etdiriləcək - Təhsil nazirindən ƏMR

Mübariz İbrahimovun adını daşıyan lisey yenə birinci oldu

Mübariz İbrahimovun adını daşıyan lisey yenə birinci oldu

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

Şabranda Mübariz İbrahimovun doğum günü qeyd olunub

Şabranda Mübariz İbrahimovun doğum günü qeyd olunub

"Mübariz İbrahimov kimi qəhrəman olmaq istəyirəm..." - İbtidai sinif müəllimindən maraqlı flaşmob - VİDEO

"Mübariz İbrahimov kimi qəhrəman olmaq istəyirəm..." - İbtidai sinif müəllimindən maraqlı flaşmob - VİDEO

Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı

Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

"Rəqəmsal kəmağıllıq" adlı yeni xəstəlik yaranır- Ekspertdən valideynlərə çağırış

"Rəqəmsal kəmağıllıq" adlı yeni xəstəlik yaranır- Ekspertdən valideynlərə çağırış

İllik  hesabat   AÇIQLANDI

İllik hesabat AÇIQLANDI

“Yaz həyəti” layihəsinə yekun vuruldu

“Yaz həyəti” layihəsinə yekun vuruldu

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı təlimlərə başlanılıb

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı təlimlərə başlanılıb

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Universitetdə Milli Qəhrəman Çingiz Qurbanovun  adına təqaüd təsis edildi

Universitetdə Milli Qəhrəman Çingiz Qurbanovun adına təqaüd təsis edildi

Qusar orta məktəbi pilot layihədə qalib olub

Qusar orta məktəbi pilot layihədə qalib olub