Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR
Psixoloqlarin bilik və bacarıqlarının artırılması istiqamətində yeni layihəyə start verilib.
Sumqayıt şəhər Təhsil şöbəsində "Sumqayıt şəhəri ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının artırılması sahəsində tədbirlər” layihəsinin icrası çərçivəsində tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər orta təhsil müəssisələrində çalışan psixoloqlar, təhsil şöbəsinin nümayəndələri, Qeyri-Hökümət Təşkilatlarının və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştrak ediblər.
Layihənin rəhbəri, Sumqayıt şəhəri M.Müşfiq qadına 34 saylı orta məktəbin psixoloqu Sevda Mustafayeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsinin məqsədləri və müsabiqə çərçivəsində həyata keçirilən "Sumqayıt şəhəri ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının artırılması sahəsində tədbirlər” layihəsinin məqsədi, həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verib.
Qeyd olunub ki, layihə çərçivəsində psixoloqların bilik və bacarıqlarının artırılmasına dair təlim və seminarlar təşkil olunacaq. Tədbirdə təlim və seminarların mövzuları, təlimlərə dəvət ediləcək təlimçi və ekspertlər barədə müzakirələr aparılıb.
Sumqayıt şəhər Təhsil şöbəsinin nümayəndələri Səxavət Məmmədov və Gülbahar Haqverdiyeva çıxış edərək Təhsil Nazirliyinin elan etdiyi müsabiqədə Sumqayıt şəhər orta məktəblərinin və pedoqoji işçilərin aktiv iştrak etdiklərini, müsabiqədə Sumqayıt şəhərindən bir neçə layihənin qalib gəldiyini vurğulayıblar.
Çıxış edənlər təmsil olunduqları qurumun layihələrin həyata keçirilməsinə dəstək olacağını söyləyiblər, eyni zamanda Sumqayıt məktəblərində çalışan psixoloqları bu layihənin işində fəal iştirak etməyə çağırıblar.
Məktəb psixoloqları da öz növbəsində bu layihənin bilik və bacarıqların artırılmasında mühüm əhəmiyyət kəsb etdiklərini bildiriblər.
Qeyd edək ki, layihənin icrası 22 dekabr 2017-ci il tarixinə kimi davam edəcək.