AzTehsil.com


Xəbərlər
04 noyabr 2017
3 281


Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR



"Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək" layihəsi çərçivəsində İsmayıllı rayon İ.Həsənov adına 1 nömrəli və rayon 7 nömrəli məktəblərdə təlimlər keçirilib.


İsmayıllı şəhərı İ.Həsənov adına 1 saylı tam orta məktəbin ingilis dili müəllimi, layihə rəhbəri Pərvanə Piriyeva və layihənin təlimçisi Bakı Özəl İdrak Məktəbinin təlimçisi Sona Həmzəyeva təlimlərə start veriblər. Təlim məktəbin abituriyentləri üçün imtahanöncəsi gərginlikdən necə can qurtarmaq barəsində maraqlı disskussiya, yarış və oyunlardan təşkil olunub.


Təlim zamanı 11-ci sinif şagirdləri üçün vizualizasiya yolu ilə keçirilən "10 il sonra Mən” başlıqlı fəaliyyət onlarda böyük maraq yaradıb. Daha sonra əvvəlcədən keçirilmiş və psixoloq rəyi əsasında müəyyən olunmuş həyəcan və təşviş sorğusunun nəticələrinə görə daha çox həyəcana malik olan abituriyentlərlə müvafiq iş aparılıb.

 

Sonda təlim iştirakçıları arasından layihənin davamlılığını təmin etmək məqsədi ilə könüllülər seçilib. Layihənin həyata keçirilməsində əsas məqsəd 11-ci sinif şagirdlərinin imtahanöncəsi psixoloji cəhətdən hazırlığı, stresin və həyəcanın dəf olunması və onlarda özgüvənin (özünə inamın) artırılmasıdır.


Həyata keçiriləcək layihə çərçivəsində rayon tam orta məktəblərində 5 qrup olmaqla hər birində 60 iştirakçının təmsil olunması nəzərdə tutulur ki, bununla 300 nəfər abituriyent imtahanqabağı həyəcanına qalib gələ biləcək və uğur qazanacaq. Onlara davamlı olaraq özünə hörmət, öz həyatının necə qiymətli olduğu aşılanacaq.


Eyni zamanda hər bir təhsil müəssisəsində davamlı təlimlər keçirilməsi məqsədi ilə könüllülər seçiləcək və hər bir təhsil müəssisəsində "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq. Veb 2.0 və Veb 3.0 alətlərinin köməyi ilə mərkəzlərin internet bloqları yaradılacaq, görülən işlər həmin internet səhifələrində öz əksini tapacaq.

 

Bununla yanaşı digər pedaqoji işçiləri və gəncləri bu sahədə məlumatlandırmaq və aktivləşdirmək məqsədi ilə keçiriləcək aksiyada hazırlanmış maarifləndirici, informativ bukletlər paylanılacaq, "Abituriyentin dostu” adlı kitabça çap olunacaq, ictimai əlaqələr(PR) sahəsində işlər görülməsi də nəzərdə tutulub.


Fərdi kateqoriyada Pərvanə Piriyevanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır. Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsiAzərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir.

 

Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.




Загрузка...
Həmçinin oxuyun:
“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər

“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər

Qrant müsabiqəsi üzrə qalib layihələr

Qrant müsabiqəsi üzrə qalib layihələr

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Qusar orta məktəbi pilot layihədə qalib olub

Qusar orta məktəbi pilot layihədə qalib olub

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi müsabiqə elan edir

Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir

Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

“Yaz həyəti” layihəsinə yekun vuruldu

“Yaz həyəti” layihəsinə yekun vuruldu

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

HƏDƏF kursları  "Abituriyentlərin imtahana psixoloji hazırlığı”  adlı layihə həyata keçirtdi

HƏDƏF kursları "Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçirtdi

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib

“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib

Təhsildə daha bir uğur

Təhsildə daha bir uğur

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

VII sinif şagirdləri arasında riyaziyyat və məntiq fənlərindən seçim turu keçirilmişdir.

VII sinif şagirdləri arasında riyaziyyat və məntiq fənlərindən seçim turu keçirilmişdir.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.