Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub
Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi çərçivəsində dəstəklənən 32 layihənin icrasına başlanılıb.
Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdır. Layihələr 3-12 ay müddətində icra ediləcək.
Gəncə şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə, ümumilikdə, ümumi təhsil müəssisələri kateqoriyası üzrə 3 layihə həyata keçirilir.
Müsabiqədə qalib gələn Gəncə şəhər 41 saylı tam orta məktəbin coğrafiya müəllimi Arzu Kərimovun "İbtidai siniflərdə təhsil alan şagirdlərin valideyinləri üçün müasir təhsil sistemi ilə bağlı seminarların təşkili” lahiyyəsinin təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinə respublika üzrə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər qatılıblar. On mövzu üzrə keçirilən müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə 213 layihə təklifi daxil olub. Müsabiqənin Təşkilat Komitəsi Ekspert Qrupu tərəfindən ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Həmin layihələrin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.