AzTehsil.com


Xəbərlər / Valideyn
18 dekabr 2021
1 122


Məktəblərimizin eyni PROBLEMi - Valideyinlər bunu məcburiyyətdən edirlər




"Valideyinlərin övladlarını məktəbdən yayındırıb repetitor yanına qoyması məsələsi sözün açığı, olduqca acınacaqlı durum yaradıb.


Çünki əhali bilmir öz maddi imkanlarını sırf gündəlik təlabat mallarınamı - evinə, ailəsinə, uşağınamı xərcləsin, yoxsa ki, aparıb əldə etdiyini birbaşa sırf uşağının hazırlıqlarına xərcləsin".


Bunu təhsil eksperti Elçin Əfəndi deyib.


Ekspert bildirib ki, müəllimlər dərs zamanı yazı-pozu kimi əlavə yüklərdən azad olmalıdırlar:


"Repetitor məsələsinə görə vəziyyət kritik həddə çatır. Yüzlərlə, minlərlə valideyindir ki, eyni vəziyyəti yaşayırlar. Valideyin ayda 300-400 manat qazanc əldə edir, aparır onun da 200-250 manatını birbaşa hazırlıqlara yönəldir. Bu da əlbəttə ki, cəmiyyətimiz üçün ağrılı bir məqamdır. Çünki əgər şagird 9, 10, 11-ci siniflərdə ali təhsil müəssisələrinə hazırlaşırdısa, indi elə bir vəziyyətdir ki, artıq ibtidai siniflərdən hazırlıqlara başlayırlar. Bu da yolverilməz haldır.


Ölkə konstitutsiyasında da icbari təhsilin hər kəs üçün vacibliyi qeyd edilib və dövlət də pulsuz təhsillə bağlı təminatı öz üzərinə götürüb. Kimsə istəyirsə ödənişli əsaslarla hazırlaşsın, bunu üçün ödənişli özəl məktəblər də var. Amma indi ölkədə hər kəsin imkanları bərabər deyil, hər kəsdə o qədər imkan yoxdur ki, aparsın övladını ödənişli əsaslarla özəl məktəblərdə oxutsun.


Azərbaycanda 4432 məktəb var, bunların hər birində dərslər normal qaydada tədris olunmalıdır. Mən burada müəllimləri də qınamıram. Müəllimlər ümumiyyətlə elə bir acınacaqlı vəziyyətə salınıblar ki, dərs qalıb bir kənarda, onlar həmin vaxtda ancaq yazı-pozu işi ilə məşğuldurlar. Əlavə yüklənilən formal xarakterli işlər aparırlar, 45 dəqiqə müddəti müəllim bilmir ki, həmin o tapşırıqları yerinə yetirsin, yoxsa şagirdlərə dərs keçsin.


Bundan əlavə, həm də əlbəttə ki, auditoriyalarda şagirdlərin say çoxluğudur. Yəni, bir sinifə 35, 40, 45 uşağın yığılmağı əlbəttə, dərslərin keyfiyyətini aşağı salacaq. Şagird sayı hər sinifə maksimum 25 həddi müəyyən olunmalıdır, şaöird sayı bundan artıq olmalı deyil. Məktəb sayını artırmaq lazımdır, birnövbəli sistemə keçmək lazımdır. İkinci növbə zəif şagirdləri saxlayıb, əlavə məşğələlər, dərslə keçmək lazımdır ki, bu problemlər aradan qalxsın. Vəziyyətdən çıxış üçün müəllimlərin əməkhaqqı da istənilən səviyyədə olmalıdır".Milli.Az




Загрузка...
Həmçinin oxuyun:
Dərslikləri qəsdən çətinləşdirirlər ki, uşaqlar repetitor yanına getsin - İddia

Dərslikləri qəsdən çətinləşdirirlər ki, uşaqlar repetitor yanına getsin - İddia

Ağır dərs yükü, əlavə repetitor: Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq

Ağır dərs yükü, əlavə repetitor: Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq

Ölkədə belə  bir rəy yaranıb ki, repetitor yanına getməyən şagirdın universitetə qəbul olma şansı yoxdur.

Ölkədə belə bir rəy yaranıb ki, repetitor yanına getməyən şagirdın universitetə qəbul olma şansı yoxdur.

"Azərbaycan məktəbi repetitor və hazırlıq kursları qarşısında məhv olub" - EKSPERT

"Azərbaycan məktəbi repetitor və hazırlıq kursları qarşısında məhv olub" - EKSPERT

“Müəllimlərin maaşı qaldırılmalıdır!” - TƏKLİF

“Müəllimlərin maaşı qaldırılmalıdır!” - TƏKLİF

Nazir: “Valideynlər bəzi hallarda uşaqları lazımsız yükləyirlər, repetitor yanına göndərirlər”

Nazir: “Valideynlər bəzi hallarda uşaqları lazımsız yükləyirlər, repetitor yanına göndərirlər”

Təhsil müəssisələrində keçirilən dərslər bir işə yaramır - Ekspert

Təhsil müəssisələrində keçirilən dərslər bir işə yaramır - Ekspert

Repetitor biznesi: 2000 manat xərc və məktəblərin adlarına yazılan "uğurlar"

Repetitor biznesi: 2000 manat xərc və məktəblərin adlarına yazılan "uğurlar"

Dərslər bu tarixdən yenidən bağlana bilər - Təhsil eksperti AÇIQLADI

Dərslər bu tarixdən yenidən bağlana bilər - Təhsil eksperti AÇIQLADI

Sinifdə valideyin iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyin iclasları necə təşkil olunmalıdır ?

Elçin Əfəndi: DİM ödənişin azaldılması məsələsi ilə bağlı qərar qəbul edərsə bu abituriyentlər üçün ən yaxşı imtiyaz olar

Elçin Əfəndi: DİM ödənişin azaldılması məsələsi ilə bağlı qərar qəbul edərsə bu abituriyentlər üçün ən yaxşı imtiyaz olar

“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər” - Elçin Əfəndi

“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər” - Elçin Əfəndi

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

300  direktora  töhmət verildi - 30-u işdən çıxarıldı

300 direktora töhmət verildi - 30-u işdən çıxarıldı

Məktəb şagirdlər üçün hal-hazırda vaxt itkisindən başqa bir şey deyil - EKSPERT

Məktəb şagirdlər üçün hal-hazırda vaxt itkisindən başqa bir şey deyil - EKSPERT

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Azərbaycanda dərslər bu tarixdən yenidən bağlana bilər - Yoluxma kəskin artır

Azərbaycanda dərslər bu tarixdən yenidən bağlana bilər - Yoluxma kəskin artır

Elçin Əfəndi buraxılış imtahanlarının qiymətləndirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib

Elçin Əfəndi buraxılış imtahanlarının qiymətləndirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib

Uğursuz nəticə niyə repetitor tənqidinə çevrilmir? – Birmənalı olmayan münasibət

Uğursuz nəticə niyə repetitor tənqidinə çevrilmir? – Birmənalı olmayan münasibət

Elçin Əfəndi: Repetitorlar bu sayt  vasitəsilə qeydiyyatdan keçməlidir

Elçin Əfəndi: Repetitorlar bu sayt vasitəsilə qeydiyyatdan keçməlidir

Siniflər bir-bir bağlanır... - Azərbaycanda məktəblər yenidən qapanmaya gedir?

Siniflər bir-bir bağlanır... - Azərbaycanda məktəblər yenidən qapanmaya gedir?

Adı rayon məktəbində, özü şəhərdə... -Şagirdlərin hazırlıq məsələsi

Adı rayon məktəbində, özü şəhərdə... -Şagirdlərin hazırlıq məsələsi

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir