AzTehsil.com

Xəbərlər / Abituriyent
19 aprel 2020
2 698

Elçin Əfəndi: DİM ödənişin azaldılması məsələsi ilə bağlı qərar qəbul edərsə bu abituriyentlər üçün ən yaxşı imtiyaz olar

"Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanları görə ödənişin azaldılması məsələsi ilə bağlı qərar qəbul edilsə, bu abituriyentlər üçün ən yaxşı imtiyaz olar”.

Bu fikirlər təhsil eksperti Elçin Əfəndi DİM-in abituriyentlər üçün yaratdığı imtiyazlardan danışarkən deyib.

 O,  imtahan xərclərinin başadüşülən olduğunu vurğulamaqla yanaşı,  yaranmış vəziyyəti nəzərə alaraq builki  ödənişin qismən azaldılmasının vacib olduğunu da diqqətə çatdırıb.

"Məlumdur ki, cari ilin məzunlarından  hər iki mərhələ üzrə imtahanda iştirak üçün 40 AZN, əvvəlki illərin məzunlarından isə 80 AZN tələb olunur. Dövlət İmtahan Mərkəzi tərəfindən  ödənişin azaldılması məsələsi ilə bağlı qərar qəbul edilərsə, bu abituriyentlər üçün ən yaxşı imtiyaz olar. Düzdür, mən bu mövzuda DİM-i imtahanlar üçün təyin etdiyi ödəniş məsələsində anlayıram. Yəni imtahanların təşkili və keçirilməsi demək olar ki, 40 AZN-ə yaxın bir qiymətə başa gəlir. Amma indiki hal üçün bütün qurumlar və ya hər bir şəxs dövlət və dövlətçilik adına müəyyən addımlar atmalıdır.

Fikrimcə, ərizə qəbulu zamanı Dövlət İmtahan Mərkəzi Tarif Şurası ilə birgə bu barədə qərar qəbul edərək abituriyentlərin ödəniş məsləsini azalda bilər. Yəni sırf builki qəbul imtahanlarında bir imtahan üçün ödəniş 40 AZN deyil, 20 AZN olarsa,  bu, həm sosial həssas qrupa daxil olan əhali üçün, həm də digər vətəndaşlar üçün əlçatan olar”.

O, həmçinin DİM-in hazırda abituriyentlər üçün yaratdığı imtiyazları da qeyd edib.

"Dövlət İmtahan Mərkəzi abituriyentlərə keçirilməyən mövzulardan sual tapşırıqlarının imtahanda olmaması ilə bağlı məlumat verib. Bununla yanaşı, bütün abituriyentlərə onlayn sınaq imthanlarında iştirakı iyun ayının sonunadək pulsuz edib. Həmçinin mövzularla bağlı vizual dərslərin "Youtube” platformasından izlənilməsi üçün abituriyentlərə imkanlar yaradıb. Düşünürəm ki, bütün bunlar abituriyentlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tanınmış imtiyazlardır”.

"Hazırda  buraxılış və qəbul imtahanlarının keçirilməsi, ərizə qəbulu ilə bağlı qəti bir qərar yoxdur və tarixlər bəlli deyil. Amma bu proseslər bu il baş tutacaq”-deyə təhsil eksperti Elçin Əfəndi sözlərinə əlavə edib.( AzEdu.az)

Загрузка...
Həmçinin oxuyun:
Məktəblərə ərizə qəbulu başlanır – QAYDALAR

Məktəblərə ərizə qəbulu başlanır – QAYDALAR

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Buraxılış və qəbul imtahanları yalnız bu tarixlərdə keçirilə bilər

Buraxılış və qəbul imtahanları yalnız bu tarixlərdə keçirilə bilər

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Tələb olunan ödənişlər .

Tələb olunan ödənişlər .

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Bakalavriat, magistratura, dövlət qulluğu  imtahanlarında iştirak üçün tələb olunan ödənişlər –  Maksimum 110 manat

Bakalavriat, magistratura, dövlət qulluğu imtahanlarında iştirak üçün tələb olunan ödənişlər – Maksimum 110 manat

Dövlət İmtahan Mərkəzi abituriyentlərə rəsmi məlumatları izləməyi tövsiyə edib

Dövlət İmtahan Mərkəzi abituriyentlərə rəsmi məlumatları izləməyi tövsiyə edib

Qəbul və buraxılış imtahanlarında bu mövzulardan suallar salınmayacaq

Qəbul və buraxılış imtahanlarında bu mövzulardan suallar salınmayacaq

İyulun 5-də V ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək/DİM bu abituriyentlərə çağırış etdi

İyulun 5-də V ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək/DİM bu abituriyentlərə çağırış etdi

Magistraturaya qəbul imtahanlarına qeydiyyat bu tarixlərdə olacaq –Qaydalar və ödəniş məbləği

Magistraturaya qəbul imtahanlarına qeydiyyat bu tarixlərdə olacaq –Qaydalar və ödəniş məbləği

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı

Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı

Abituriyentlərin nəzərinə .

Abituriyentlərin nəzərinə .

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

DİM Şagird və abituriyentlərə müraciət etdi

DİM Şagird və abituriyentlərə müraciət etdi

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

DİM-dən 7 mayda imtahan vermiş abituriyentlərə TÖVSİYƏ

DİM-dən 7 mayda imtahan vermiş abituriyentlərə TÖVSİYƏ

Qəbul imtahanına hazırlaşanların  nəzərinə!

Qəbul imtahanına hazırlaşanların nəzərinə!

Elçin Əfəndi: “Bəzi universitetlər özbaşına qərar verirlər”

Elçin Əfəndi: “Bəzi universitetlər özbaşına qərar verirlər”