Dərslikləri qəsdən çətinləşdirirlər ki, uşaqlar repetitor yanına getsin - İddia
Artıq xeyli müddətdir orta məktəb dərsliklərinin çətin olması ilə bağlı müzakirələr aparılır. Əvvəllər üçüncü, beşinci sinifdə tədris olunan dərslərin indi birinci sinifdə keçilfiyi bildirilir.
Orta məktəb dərslikləriylə bağlı şikayətlər niyə çoxalıb? Dərsliklərin çətin olmasıyla bağlı deyilənlər doğrudurmu?
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, yeni təhsil sisteminə keçiddən sonra müəyyən qarışıqlıqlar olduğunu qeyd edib:
“Hazırda dərsliklərin hazırlanması ilə bağlı ciddi problemlər var. Təəssüf ki, yeni təhsil sisteminə keçiddən sonra qarışıqlıq yaranıb. Əvvəl bir mövzu bir dərslikdə yer alırdısa, indi demək olar ki, həmin mövzu barədə bir neçə sinif dərsliyində məlumat verilir. Məsələn, şagird isim mövzusunu həm 5, həm 6, həm də 7-ci sinifdə öyrənir. Halbuki əvvəlki dərsliklərdə bu yalnız bir sinif dərsliyində yer alırdı. Aşağı siniflərdə, xüsusilə də birinci siniflərdə şagirdlərin dərs yükü ağırlaşdırılıb, çətinləşdirilib. Dərsliklərin hazırlanmasında əsas şərtlərdən biri olan şagirdlərin yaşı sanki nəzərə alınmayıb. Bu da elə ilk siniflərdən şagirdi əlavə hazırlığa yönəltməyə imkan yaradır. Biz şagirdin birinci sinifdən repetitorluğa üz tutmasına şərait yaradırıq. Şagirdə lazım olan biliklərdən əlavə ona lazım olmayan biliklərin verilməsi, ümumiyyətlə çətinlik qarşısında şagirdi üz-üzə qoymaq yolverilməzdir. Dərsliklərə bağlı ciddi və əməli tədbirlər görülməlidir. Buna ehtiyac var”.
Ekspert repetitorlarla bağlı məsələyə aydınlıq gətirib:
“Dərsliklərin çətinləşməsi repetitorlara üz tutmağa imkan yaradır. Bu qəsdən edilir sanki. Orta ümumtəhsil müəssisələrində şagird dərsləri mənimsəyə bilmir və əlavə hazırlığa gedir. 10-15 il əvvəl təhsil bazarında (ürək ağrısı ilə bunu bazar adlandırıram, çünki təhsil artıq bazara çevrilib) şagirdin ev tapşırıqlarını həll etmək üçün müəllim yanına getməsi halı yox idi, indi bazarda buna tələbat çoxdur. Bu da onu deməyə əsas verir ki, birbaşa dərsliklərin və tapşırıqların çətinləşdirilməsi məhz əlavə məşğələlərə, müəllim yanına getmələrə imkan yaradır. Halbuki orta məktəblərdə təhsilin göstəricisinin nə qədər aşağı olması bu faktla üzə çıxır”.
Dərsliklərdə kobud səhvlər: “Qurbanəli bəy opera müğənnisinə oxşayırdı”
Ehtiyat dərsliklər 6 min birinci sinif şagirdi ilə təkrar sınaqdan keçirilə bilər
Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR
Dərsliklər düzələcəkmi?
Dərsliklərdən çətin mövzu və terminlərin çıxarılması yalnız o halda mümkün ola bilər
Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"
Ölkədə belə bir rəy yaranıb ki, repetitor yanına getməyən şagirdın universitetə qəbul olma şansı yoxdur.
Bir sinifdə 24-dən çox şagirdin olması sağlamlıq üçün zərərlidir – Mütəxəssis təhlili
Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq
“Məktəblərdə musiqi dərsinin tədrisi ixtisas müəllimlərinə keçsə, yaxşı olar” – Vacib məsələ
Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?
Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır
Etibar Əliyev: “Dərsliklər ən faydalı öyrənmə mənbəyi deyil”
Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?
İbtidai sinif şagirdlərinin sinifdə saxlanılmasına yol verilir?
Bu həm tələbələr, həm valideynlər, həm də elə universitetlər üçün sərfəli olacaq
Yeni dərsliklər istifadəyə verildi
EKSPERT RƏYİ-Hələlik vəziyyət o dərəcədə kritik deyil.
Millət vəkili şikayətləndi: "Dərsliklərimizdə nə qədər xronologiya ola bilər?"
“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"
İbtidai siniflər üçün innovativ “Azərbaycan dili” dərsliyi ilə bağlı müzakirələr aparılıb
Birinci siniflər üçün bütün dərsliklərin istifadə müddəti dəyişdirilir
Məktəblərdə koronavirusa yoluxma ilə bağlı vəziyyət nə yerdədir? - AÇIQLAMA
Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA