Xəbərlər / Valideyn
06 dekabr 2021
886


Yaxşı olar ki, analar qızlarına məsləhət verərkən bu 5 ifadəni işlətməsinlər...


Valideynlərin tələffüz etdikləri sözləri əxz edir və öz yetkin həyatları boyu yadda saxlayır. Çox vaxt bu heç də xoşbəxtliyə gətirib çıxarmır.


Psixoloq Viktoriya Averkiyeva qız uşaqlarını tərbiyə edənlərə hansı ifadələri və nəyə görə həmişəlik yaddan çıxarmağı izah edib.


1. "Sən axı qızsan"


Uşaqlıq dövrünün ən çox rast gəlinən ifadəsidir. Düşünürəm ki, bu ifadəni hər bir qadın bir dəfə olsa eşidib.

Bu ifadənin əsasını cəmiyyətdə qadının necə olması və onun hansı hissləri keçirməsi haqqında formalaşmış stereotip dayanır.

Bu ifadələrə diqqət yetirin:

 

"Sən niyə sevmirsən, sən axı qızsan?"


"Sən necə də pintisən, özün də qızsan".


Bu ifadələr balaca qızcığazda xoşa gəlmək, heç nədən imtina etməmək və rahatlıq kimi xarakter formalaşdırır. Təəssüf ki, ilk növbədə ətrafdakılar üçün rahatlıqdan söhbət gedir...


Nə ilə əvəz etmək olar?


Mən leksikondan həmişəlik olaraq "sən axı qızsan" ifadəsindən imtina etməyi tövsiyə edirəm. Heç vəchlə uşağın cinsinə istinad etmək lazım deyil. Məsələn, belə deyin: "Sənin donun çirkli görünür, paltarını dəyişsən yaxşı olar". Məna eynidir, amma ekoloji olaraq necə gözəl səslənir, deyilmi?


2. "Özünü belə aparsan, səni alan olmayacaq"


Bu da sovet dövrünün daha bir stereotipidir.


Bunun əsasında qadının əsas missiyasının ərə getməkdə olması kimi köhnəlmiş təsəvvür dayanır. "Kökəlsən, ərə gedə bilməyəcəksən", "Pis evdar qadının ailəsi olmur"-belə ifadələr qızların istənilən uğurunu qiymətdən salır və bunun da əsasında hipotetik həyat yoldaşının axtarışı dayanır.


Xobbinin, asudə vaxtın, rəfiqələrlə ünsiyyətin əhəmiyyəti yoxdur, əsas olan yaxşı həyat yoldaşı kimi böyüməkdir... 


Nə ilə əvəz etmək olar?


Qızınızın həyat uğurlarını onun gələcək ailə statusu və kişilər tərəfindən bəyənilməsi ilə əlaqələndirməyin. Belə asandır: "Gəlsənə, az çipsi ye, bu, sağlamlıq üçün ziyanlıdır və dərinin korlanmasına səbəb olur", "Təklif edirəm indi özünü qaydaya salasan ki, sabahkı günü gəzintilərə həsr edə biləsən".


3. "Bəsdir sızıldadın, güclü ol"


Bütün analar mütəmadi olaraq şıltaqlıqlardan yorulur. Amma əgər uşağa böyüklər durmadan deyir ki, "Bəsdir də ağladın", o, nə hiss edəcək?

Çox güman ki, öz emosiyalarını və həyəcanlarını kiminləsə bölüşməyin faydasız olduğu qənaətinə gələcək və həyatı boyu belə düşünəcək.

Belə olmamalıdır. Bundan əlavə, "uşağın sızıldaması" ciddi problemlərdən-xəstəlikdən, məktəbdə təqibdən, ana sevgisinin çatışmazlığından, qısqanclıqdan xəbər verə bilər və valideynlər buna mütləq reaksiya verməlidir.


Nə ilə əvəz etmək olar?


Anlamaqla və dinləməyi bacarmaqla. Sadəcə demək lazımdır: "Danış, görüm, nə baş verib?" və ya "Mən səni anlayıram" və bu ifadələr ünsiyyətdə möcüzələr yarada bilər.


4. "Əhsən sənə"


Uşaqlıqdan belə çeynənmiş və vərdiş halını almış tərifdə uşağın hərəkətləri deyil, şəxsiyyətin xarakterinin qiymətləndirilməsi sezilir. Qız uşağının xarakterində tərifdən asılılıq formalaşır: onun şüurunda belə məntiqi əlaqə yaranır-"məni tərifləyirlərsə, deməli, yaxşı qızam". Nəticədə böyüyəndə elə bir insan formalaşır ki, hamı üçün rahat, heç nədən imtina etməyən və öz ünvanına tənqidi çox ağrılı qəbul edən olur.


Nə ilə əvəz etməli?


Qızınızın hərəkətlərinin pozitiv qiymətləndirməsi variantları belə ola bilər: "Səndə çox gözəl alındı", "Sən bu məsələni necə çevik həll etdin", "İnşanın sonluğu çox maraqlıdır, mənə müfəssəl danış".


5. "Qızlar qəzəblənmir"


Bu ifadə "Sən axı qızsan" ifadəsinin bir variantıdır. İncəlik bundadır ki, uşaqlıqdan xoşagəlməyən  hisslərin meydana çıxmasına qadağa qoyulur. Valideynlər öz yanında sevimli, xeyirxah, "günəşim", "dovşanım" kimi təsəvvür edilən əbədi  pozitiv bir varlığı görmək istəyirlər. Bəli, belə qadağanın kökündə ənənəvi valideyn təkəbbürü dayanır, ana-ata üçün qızın belə olması rahatdır. Qız böyüdükcə, sonradan qadın olduqca, özünü kifayət qədər dəyərləndirməmək, nevrozlar, psixosomatik xəstəliklər  və dözülməz olmayana dözmək ( ailədə zorakılıq, xəyanət) kimi halların baş vermə şansı yaranır. Səbəb-neqativ hallara düzgün reaksiya verilmə vərdişlərinin olmaması və uşaqlıqdan "pis" hisslərin büruzə verilməsinə qoyulan qadağadır.


Nə ilə əvəz etməli?


Qızınıza xoşagəlməz hisslərini ifadə etmək hüququnu verin. Mümkün variantlar: "Sən hirslənirsən, mən səni anlayıram", "Bu, kimi istəyirsən qəzəbləndirə bilər".

Valideynlərin vəzifəsi belə  hissllərlə necə hərəkət etməyi öyrətməkdir-onları dəf etməmək, gizlətməmək, ekoloji cəhətdən əlverşli, yəni özünə və ətrafındakılarına ziyan vurmamaqla hərəkət etmək.


Göründüyü kimi, burada ilk baxışdan mürəkkəb görünə biləcək bir şey yoxdur. Hər bir qeyri-konstruktiv ifadənin qarşılığını tapmaq olar, yetər ki, istək olsun.Moderator.az

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

18 yaşlı şəhidimizin son sözləri: Ana, sən şəhid anasısan, dik dayan!

18 yaşlı şəhidimizin son sözləri: Ana, sən şəhid anasısan, dik dayan!

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

VALİDEYNLƏRİN UŞAQLARA DEMƏMƏLİ OLDUĞU 10 CÜMLƏ

VALİDEYNLƏRİN UŞAQLARA DEMƏMƏLİ OLDUĞU 10 CÜMLƏ

Uşaq psixoloqları valideynlərə 10 cümləni qadağan edib

Uşaq psixoloqları valideynlərə 10 cümləni qadağan edib

Qadağan olunmuş 10 cümlə

Qadağan olunmuş 10 cümlə

Maskalara həmişəlik öyrəşmək tövsiyə edildi

Maskalara həmişəlik öyrəşmək tövsiyə edildi

Peşəkar psixoloqu hansı əlamətlərə görə tanımaq olar? - EKSPERT

Peşəkar psixoloqu hansı əlamətlərə görə tanımaq olar? - EKSPERT

Xətalara göz yumun - Valideynlərə MƏSLƏHƏT

Xətalara göz yumun - Valideynlərə MƏSLƏHƏT

Uşaqlara bunları demək olmaz!

Uşaqlara bunları demək olmaz!

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq qorxularını necə çözməli?

Uşaq qorxularını necə çözməli?

Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Dahi yetişdirməyin yolu tapıldı: sən demə, o uşaqlar 10 qat...

Dahi yetişdirməyin yolu tapıldı: sən demə, o uşaqlar 10 qat...

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Cəzanın insan tərbiyəsindəki fəsadları -DİQQƏTLİ OLUN!

Cəzanın insan tərbiyəsindəki fəsadları -DİQQƏTLİ OLUN!

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

Psixoloq: Valideynlərin ən böyük yanlış addımı uşaqlarını tanıya bilməmələridir...

Psixoloq: Valideynlərin ən böyük yanlış addımı uşaqlarını tanıya bilməmələridir...

XƏTALARA GÖZ YUMUN

XƏTALARA GÖZ YUMUN

Deputatdan fərqli yanaşma: “Ali təhsil vacib şərt deyil”

Deputatdan fərqli yanaşma: “Ali təhsil vacib şərt deyil”

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Uşaq qaranlıqdan qorxursa, onunla necə davranaq? - PSİXOLOQ TÖVSİYƏSİ

Uşaq qaranlıqdan qorxursa, onunla necə davranaq? - PSİXOLOQ TÖVSİYƏSİ

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.